Bakıda “Glenfiddich 21 YearsOld” şotland viskisinin dequstasiyası keçirilib
Dünyanın ən titullu təkmayalı şotland viski brendi olan “Glenfiddich” Azərbaycan paytaxtında viski dequstasiyası təşkil edib.
“Rolls-Royce Motor Cars Baku” şourumunda keçirilən tədbir çərçivəsində “Glenfiddich” viskisinin brend səfiri Aleksandr İvçenko sözügedən təkmayalı şotland viskinin tarixindən danışıb. Bu viski 1886-cı ildən etibarən Fidik çayının vadisində yerləşən zavodda istehsal olunur. Belə ki, məhz həmin ildə Uilyam Qrant tərəfindən “William Grant & Sons” ailə şirkətinin əsası qoyulur. Aleksandr İvçenko, həmçinin sözügedən viskinin yaşlanma prosesi, onun növ müxtəlifliyi və dad qammasına aid bilikləri ilə bölüşüb və bu içkinin müxtəliftəam və qəlyanaltılarla uyğunlaşdırılmasına dair bir neçə məsləhət verib.
Tədbir zamanı 21-illik “Glenfiddich” viskisinin dequstasiyası keçirilib. Qonaqlar səmimi və rahat mühitdə “Glenfiddich” brendinin nümayəndələri ilə söhbət edib, viskinin ləziz yeməklərlə uyğunluğunu qiymətləndirə biliblər.
“Glenfiddich 21 Y.O.” təkmayalı viski – təkrarolunmaz ətirə və zəngin dada malik olan bir içkidir. Onun əsas xüsusiyyəti – yüngül şirinlikdir ki, istehsalçı buna sözügedən içkini xüsusi saxlanma texnologiyası vasitəsilə nail olur. “Glenfiddich” viskisi 21 il ərzində xeres və burbon çəlləklərində yetişir. Bundan sonra viski 4 ay ərzində Karib romunun çəlləklərində saxlanılır.
“Glenfiddich 21 Y.O.” klassik sarı və qızılı rənglərə, həmçinin meyvə və karamel qarışığından ibarət ətirə malikdir. Bu içki hər bir qurmanı laym, ədviyyat, iris və yüngül tüstü dadı ilə sevindirəcək. Mütəxəssislər “Glenfiddich 21 Y.O.” viskisini təmiz halda içməyi tövsiyə edirlər.
Qeyd edək ki, axşamın xüsusi qonaqları sırasında Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts, biznes dairələrinin nümayəndələri, həmçinin Azərbaycanın əməkdar artistləri, musiqiçiləri və rəssamları yer almışlar. Frame.az