EventsFestivallarMədəniyyətTəqdimat

Bakıda “Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət” adlı tədbir keçiriləcək

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 3-də Heydər Əliyev Mərkəzinin qarşısında açıq məkanda Qərbi Azərbaycanın etno-mədəni mühitinin, habelə qeyri-maddi mədəni irsinin nümayiş olunması məqsədilə “Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət” adlı tədbir təşkil olunacaq.

Nazirlikdən bildirilib ki, tədbir çərçivəsində Qərbi Azərbaycana məxsus milli geyim və mətbəx stendinin, gündəlik həyatda istifadə olunmuş məişət əşyalarının, seçilmiş tarixi abidələrin 3D maketlərinin nümayişi nəzərdə tutulur.

Tədbir konsert proqramı ilə davam edəcək.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!