Baku City CircuitFormula 1Idman

Bakıda “Red Bull Racing” pilotu pit-leyndən startla cəzalandırılıb

Bakıda keçirilən ikinci məşqdə Pyer Qasli çəki prosedurasından keçməyib və “Red Bull Racing”in pilotu buna görə pit-leyndən startla cəzalandırılıb. Komandanın rəhbəri Kristian Xorner bu cəzanı çox sərt adlandırıb.

Frame.az xəbər verir ki, Kristian Xorner deyib: “Dünən Pyer həqiqətən də qaydaları pozub, lakin onun cəzası etdiyi hərəkətə uyğun gəlirmi? Zənnimcə, yox. Bu, cümə məşqləridir. Əgər çəki prosedurasının yekununa görə onun maşını lazım olduğundan 50 kq az olubsa, onda pilot siqnala məhəl qoyulmamasından daha az cəza almalıydı. Bu qaydalar təsnifatın cümə günləri keçirildiyi vaxtlardan qalıb. Əgər həmin qaydalar ləğv olunsaydı, onda maşınlar ötən sessiyanın nəticələrinə görə düzüləcəkdi. İndi qarşımızda şənbə sessiyası var, sonra isə təsnifat gəlir. Yürüşçünü son mövqelərdəki startla cəzalandırmaq olmazdımı? Pit-leyndən start çox ağır cəzadır. Qoy onu məşqlərin protokolundan çıxarsınlar, həmin nəticələrdən istifadə etmək lazım gələrsə, onun vaxtını ləğv edəcəklər.

Faktiki olaraq, Pyer təsnifatda iştirak etməyəcək. Beləliklə, biz tamaşaçıları ən güclü komandalardan birinin maşınına baxmaqdan məhrum etdik. Pyer pit-leyndən start götürərək, ötən uik-enddə Aleksander Elbonun yürüşdə göstərdiyi yaxşı nəticəni təkrarlaya bilər. Ona qalsa, biz gərək hər uik-enddə Lyuis Hemiltonu cərimələyək və bununla da hər dəfə mükəmməl yürüşün şahidi olaq.

Zənnimcə, cərimə onun səhvinə adekvat deyil. Səhər biz qaydaları Ross Braun və Çeyz Keri ilə müzakirə etdik və onlar da razılaşdılar ki, reqlamenti diqqətlə təhlil etmək lazımdır. Qaydaların bir neçəsi indi aktual olmayan halları nəzərdə tutur. Qaydaların pozulmasının miqyasına uyğun gəlməyən, xüsusən cümə məşqlərinə aid olan cəzaları ləğv etmək yerinə düşərdi”.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!