Bakıda Royal Collection Butikində UTOPIA Brendinin Yeni Kolleksiyasının Təqdimatı Keçirildi.
Royal Collection butikində UTOPIA brendinin “Night Fever” kolleksiyasının təqdimatı keçirildi.
Royal Collection butikində dünya şöhrətli UTOPIA brendinin yeni “Night Fever” kolleksiyasının təqdimatı üçün Bakıya brendin baş icraçı direktoru Anna Gayya və kommersiya direktoru Simon Stefani təşrif buyurublar.
Brendin “Night Fever” kolleksiyası 21-ci əsrin qlamur tərzi ilə, 70-ci illərdə aktual olan həndəsi formalarından ilhamlanaraq yaranmışdır. Qiymətli, rəngli qaşlarla bəzədilmiş üzən mirvarili boyunbağılar, həcmli formalarda olan sırğa və üzük modelləri bütün diqqətləri üzərinə çəkərək unudulmaz obraz yaradır. Cənub dənizlərinin incə mirvariləri və damla formasında gözqamaşdıran brilliantlar, həqiqətən məftunedici tamaşa yaradır.
Bu möhtəşəm italyan zərifliyini əks etdirən kolleksiya ilə Bülbül pr. 30 ünvanında yerləşən Royal Collection butikində tanış ola bilərsiniz.