Baku City CircuitFormula 1IdmanTəqdimatTəqdimatƏyləncə

Bakıda sürətin ritmə çevrildiyi an: Anyma ilə musiqi və avtoidmanın nəfəskəsən gecəsi!

Sentyabrın 19-u Formula 1 atmosferinə dünyanın ən yenilikçi elektron musiqi layihələrindən biri olan Anyma öz imzasını atacaq!

Beləliklə, bu ilin ən çox gözlənilən tədbirlərindən biri – Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 – yalnız sürət, rəqabət və texnologiya ilə deyil, eyni zamanda qeyri-adi musiqilər ilə yadda qalacaq.

Bu, sadəcə konsert deyil – reallıqla fantaziyanın sərhədlərini yox edəcək audiovizual şoudur. Anyma səhnədə təkcə musiqi ifa etmir – o, texnologiya, animasiya, işıq effektləri və emosional vizuallar vasitəsilə dinləyicini paralel bir dünyaya aparır. Onun çıxışı, sanki futuristik sənət qalereyasında canlı performansa baxmaq kimidir.

Qran Pri idman yarışı olmaqla bərabər, həm də festival abu-havasıdır. Hər il olduğu kimi bu il də Bakıda təşkil olunan yarış həftəsonu izləyicilərə unudulmaz anlar vəd edir. Anyma-nın çıxışı bu gecələrin zirvəsi olacaq – motorsportun həyəcanı, şəhərin enerjisi və elektron musiqinin hipnozedici təsiri birləşərək epik bir təcrübəyə çevriləcək.

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 -nə 4 günlük bilet sahibləri konsertdə iştirak edə biləcəklər. Geri sayım artıq başladı! Unudulmaz gecənin bir hissəsi olmaq istəyirsənsə, biletini almağa tələs.

 

 

 

 

 

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!