Bakıda yemək festivalı keçiriləcək
Bakıda ilk dəfə olaraq yemək festivalı keçiriləcək. Frame.az Turizm Fins.az-a istinadən xəbər verir ki, “Baku Street Food Festival” adlı tədbir 19-21 mayda İçərişəhərdə keçiriləcək.
Tədbir 2 yerli şirkət və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil olunacaq. “404 Found” kreativlik agentliyinin nümayəndəsi Lalə Həsənova bildirdi ki, festivalda 25-dən çox restoran iştirak edəcək. Məqsəd ölkəmizə gələn əcnəbi turistlərin yerli mətbəxlə yaxından tanış olması və restoran biznesinin daha da inkişaf etdirilməsidir.
Qeyd edək ki, restoranların festivalda iştirakı ödənişlidir. Festivalda iştirak etmək istəyən şəhər sakinləri və turistlərin festivala girişi pulsuzdur. Ödəniş yalnız sifariş verilən yemək və içkilər üçün olunacaq. Festival zamanı yalnız yeməklər deyil, həmçinin, müxtəlif viktarinalar və lotereya oyunları da keçiriləcək.
Məlumat üçün bildirək ki, festival “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “404 Found”kreativlik agentliyi və “Meal for real” tərəfindən təşkil olunacaq.
Frame.az