Təqdimat

“AtaBank” ASC “Novruz xonçası” tədbirində iştirak edib-FOTO-lar

AtaBank” ASC 14 mart 2017-ci  il tarixində Mərkəzi Bankın təşəbbüsü ilə Park Bulvar Ticarət Mərkəzinin 1-ci mərtəbəsində keçirilən “Novruz xonçası” adlı tədbirdə iştirak edib.

Tədbirin məqsədi maliyyə savadlılığının əhali arasında ictimai dəyər kimi  tanıdılması, bank məhsul və xidmətlərindən məsuliyyətlə yararlanmaq üçün onların ətraflı məlumatlandırılması idi. Əsas mövzulardan biri isə ödəniş kartları və nağdsız ödənişlərin üstünlükləri haqqında ətraflı məlumatın verilməsi idi.

“AtaBank” ASC-nin təşkil etdiyi ilaxır çərşənbəsi tədbiri ziyarətçilər, o cümlədən xarici qonaqlarımız tərəfindən yüksək rəğbətlə qarşılandı.

“AtaBank” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankını maliyyə maarifləndirməsi istiqamətində gördüyü işləri hər zaman dəstəkləyir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!