IqtisadiyyatSağlamlıqTəqdimat

Liv Bonadea Hospitalın bu dəfəki tibbi aksiyası uşaqlara həsr olundu

Dekabrın 19-da Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Liv Bonadea Beynəlxalq Xəstəxanasının əməkdaşlığı ilə Naxçıvan Sağlamlıq Mərkəzində növbəti tibbi aksiya baş tutdu.

Aksiyada Hospitalın uşaq ürək damar cərrahı uzman doktor Şiraslan Baxşəliyev, uşaq kardioloqu uzman doktor Bəhruz Əliyev, uşaq cərrahı uzman doktor Fərid Xanməmmədov və uşaq revmatoloqu uzman doktor Vəfa Quliyeva iştirak edirdilər.

Artıq ənənə halını alan humanitar aksiyalardan – bu xeyirxah, nəcib işdən muxtar respublikamızda yararlananların məmnuniyyəti aksiyaların əhəmiyyətini daha da artırır.

Bu dəfəki aksiyada gələcəyimiz olan uşaqların sağlamlığının qorunmasında xidməti olan həkimlərimiz onlara göstərilən inamı doğrulduraraq 120-ə yaxın uşağın müayinəsini həyata keçirdilər.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!