“Bavariya” Bundesliqada yeni rekorda imza atıb

Münxenin “Bavariya” futbol klubu Almaniya Bundesliqasının 33-cü turunda “Frayburq”u məğlub etməklə (3:1) rekorda imza atıb.

Münxen təmsilçisi Bundesliqada ardıcıl 15 oyundur, qələbə qazanır. Bu, ölkə çempionatı üçün rekord göstəricidir.

Qeyd edək ki, “Bavariya” Bundesliqada ötən tur çempionluğunu rəsmiləşdirib.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!