“Belvedere” restoranında 8 Marta həsr olunmuş xüsusi əyləncəli proqram keçiriləcək
8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar “Excelsior Hotel & Spa Baku” otelinin “Belveder” restoranında əyləncəli proqram keçiriləcək.
Qonaqları canlı musiqi, həyəcan dolu şou-proqram gözləyir. Menyuya milli və Avropa mətbəxinin ləziz yeməkləri, sərinləşdirici içkilər, şampan və şərab daxildir. Xüsusi proqramda bir nəfərin iştirakı üçün qiymət 59AZN təşkil edir.
Əlavə məlumat üçün “Excelsior Hotel & Spa Baku” otelinə (012) 496 80 00telefon nömrəsinə zəng vurmaq mümkündür.
“Excelsior Hotel & Spa Baku” 2005-ci ilin avqust ayından fəaliyyət göstərir.
“Excelsior Hotel Baku” mehmanxanası 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” standard otaqlar, iclas otaqları və biznes mərkəzləri, restoranlar, “Aura” sağlamlıq mərkəzindən və s. ibarətdir.
Frame.az