FestivallarMusiqiMədəniyyət

Beynəlxalq Muğam Mərkəzində fortepiano musiqisi gecəsi keçiriləcək

Sabah Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazrilyinin birgə keçirdiyi Üzeyir Hacıbəyli adına IX Beynəlxalq Musiqi festivalı çərçivəsində fortepiano musiqisi gecəsi keçiriləcək. Gecədə UNESCO-nun sülh artisti Eliso Bolkvadze (piano) çıxış edəcək.

         Eliso Bolkvadze Tbilisi şəhərində ədəbiyyatçı və yazıçı ailəsində doğulmuşdur. Eliso Bolkvadze musiqi təhsilinə 4 yaşında başlamış, ilk konsertini isə 7 yaşında olarkən orkestr ilə birgə çıxış etmişdir. O, müxtəlif bacarıqlara sahib musiqiçi, yüksək dərəcədə həssas və mükəmməl dərəcədə viruozdur.

         Beynəlxalq müsabiqələr laureatı Eliso Bolkvadze Gürcüstanın “The Medal of Georgian Government” (“Gürcüstan Dövlət Medalı”) medalına layiq görülmüşdür. Pianoçu özünü mədəniyyətin parlaq müdafiəçisi kimi inkişaf etdirmiş və 2015-ci ildə UNESCO-nun “Sülh artisti” fəxri adına layiq görülmüşdür.

         Eliso Bolkvadze bacarıqlı gənclərə kömək məqsədi ilə davamlı olaraq sosial aktiv fəaliyyətlərlə məşğul olmuş və 2013-cü ildə Gürcüstanda “Lyra” adlı fondunu yaratmışdır. O, Qara dəniz sahilindəki Batumi Ümummilli Musiqi Festivalının təsisçisidir. Bu festival hazırda Gürcüstan mədəniyyətinin mühüm hadisəsi kimi qeyd olunur.

         Beynəlxalq Muğam Mərkəzində keçiriləcək gecədə Eliso Bolkvadze tamaşaçılar üçün L.V.Bethovenin, Q.Qarayevin, F.Şopenin, F.Şubertin, K.Debüssinin və S.Prokofyevin əsərlərin səsləndirəcək.

         Konsertin biletlərini şəhərin kassalarından, Asan Xidmət mərkəzlərindən və iticket.az saytından əldə etmək olar. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!