FestivallarMusiqiMədəniyyət

Beynəlxalq Muğam Mərkəzində fortepiano musiqisi gecəsi keçirildi

20 Sentyabr Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyinin birgə keçirdiyi Üzeyir Hacıbəyli adına IX Beynəlxalq Musiqi Festifalı çərçivəsində Beynəlxlaq Muğam Mərkəzində fortepiano musiqisi gecəsi keçirildi.

Gecədə UNESCO- nun sülh artisti, beynəlxalq müsabiqələr laureatı  Gürcüstanın “The medal of Georgian Government” (Gürcüstan Dövlət Medalı) medalına layiq görülmüş Eliso Bolkvadze çıxış etdi. Pianoçu özünü mədəniyyətin parlaq müdafiəçisi kimi inkişaf etdirərək 2015 – ci ildə UNESCO-nun “Sülh artisti” adına layiq görülmüşdür. Sosial aktiv faəliyyətlərlə məşğul olan pianoçu, Gürcüstan Mədəniyyətinin mühüm hadisəsi kimi qeyd olunan  Batumi Ümummilli festifalının təsisçisidir.       

Eliso Bolkvadze tamaşaçılar üçün L.V. Bethoven- 3 saylı sonata,  F.Şopen-Parlaq palanez, F.Şubert- Ekspromt, K.Debüssi-“The joyful İsland”, S.Prokofyev –fortepiano üçün 2 saylı sonata əsərlərini səsləndirdi.

Onun ifası musiqisevərlər tərəfindən böyük maraqla qarşılandı.

Qeyd edək ki, festifal çərçivəsində 21 sentyabr Mədəniyyət kanalı ilə birgə  “sevgili canan” adlı layihə, 23 sentyabr tarixində Eldəniz Ələkbərzadənin (piano) ifasında fortepiano musiqi gecəsi keçiriləcək.

Biletləri şəhərin kassalarından, Azan Xidmət mərkəzlərindən və iticket. Az saytından əldə etmək olar.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!