Beynəlxalq Muğam Mərkəzində gənc istedadların konserti keçirildi

İkinci hissədə məktəbin tələbələri Azərbaycan Respublikasının Xalq artisti, dirijor Teymur Göyçəyevin rəhbərlik etdiyi Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin müşayəti ilə Azərbaycan və xarici bəstəkarlarının əsərlərini ifa etdilər.
Tamaşaçılar qarşısında Babaşova Xədicə, Cəfərzadə Turan, Hüseynli Abbas, Hacıyeva Humay, Hacıyev Emil, Mürşüdov Səttar, Qasımov Emin, Həsənli Nigar, Nəbizadə Emin, Hacıyeva Məktubə, Məsumova Ləman, Cəfərzadə Kərim və Cabbarov İbrahim çıxış etdilər.
Onların ifasında F.Əmirov “Yumoreska”, “Aşıqsayağı”, İ.S.Bax “Menuet” və “Skerso”,A. Məlikov, “Məhəbbət əfsanəsi”, N.Aydəmirli “Ballada”, V.Adıgözəlov” Lay-lay”, H.Xanməmmədov “Kamança və orkestr üçün konsert”, V.A.Mosart “Konsert G dur”, Niyazinin “Xoreoqrafik vals” əsərləri ifa olundu.
İfalar fortepiano, tar, kamança, skripka, fleyta alətlərində səsləndirildi.
Konsert tamaşaçıların gur alqışları ilə başa çatdı. Frame.az