Beynəlxalq Muğam Mərkəzində “I am Jazman” müsabiqəsi qaliblərinin konserti keçirildi
Oktyabr 21-də Beynəxalq Muğam Mərkəzində Bakı Beynəxlalq caz festifalı çərçivəsində gənc ifaçıların “I am Jazman” müsabiqəsinin qaliblərinin konserti və qaliblərin mükafatlandırılması mərasimi keçirildi.
Tədbir Mədəniyyət və Turizm Nazirliyi, “Jazz dünyası” jurnalı, “A+A Events” şirkəti, “The Landmark Hotel Baku”nun təşkilatçılığı və ölkəmizdə fəaliyyət göstərən bir sıra səfirliklərin, habelə Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə reallaşıb.
Konsertdə gənc ifaçılar vokal imkanlarını nümayiş etdirdilər. Koreya, Özbəkistan, İtaliya, Rusiya, Ukrayna və Azərbaycanın gənc vokal ifaçıları birlikdə çıxış edərək, dünyaca məhşur caz ustalarının əsərlərini və milli caz kompazisiyalarını səsələndirdilər.
Konsertdə Cin Co Yo(Koreya), Fəridə Girgin (Özbəkistan), Le Seat Noir, Serxio Kasablanka(italiya), Andrey Stetyuk (Ukrayna), Maksim Medvedev, Danil Kutuzov, Yuliya Perminova(Rusiya),Cəmilə Nəsirzadə, Cəmilə Naibova, Məhəmməd Məhəmmədli, Nurlan Abdullazadə, Nərmin Məmmədli, Ruslan Alışan, Tural Qasımlı, Polad Murtuzayev, Şəfiqə Abbasova, Ləman Dadaşova, Anastasiya Budakova (Azərbaycan) ifaçıları çıxış etdilər. Vokal ifalarla yanaşı akardion, skripka, zərb alətləri, gitara. saksafo, piano və.b. musiqi alətlərində ifalar səsləndi.
İfaçıları təltif etmək üçün festivalın direktoru Leyla Əfəndiyeva və münsiflər heyətinin sədri Rauf Əliyev səhnəyə dəvət olundu. Leyla Əfəndiyeva hər il keçirilən “I am Jazzman” festifalının Azərbaycan milli caz musiqisinə yeni tövhələr verdiyi üçün məmnunluğunu bildirdi.
Sonda gənc caz ifaçılar diplom və hədiyyələrlə təltif olundular. Müsabiqədə caz nominasiyası üzrə yerlərə müvafiq olaraq I-yer Le Seat Noir (İtaliya), II- yer Anastasiya Budakova(Azərbaycan),III – yer Cəmilə Nəsirzadə(Azərbaycan) layiq görülüblər. İnstrumental nominasiyada Maksim Medvedev (Rusiya) və Nurlan Abdullayev( Azərbaycan) I- yer, Məhəmməd Məhəmmədli (Azərbaycan) II yer, Yulya Perminova(Rusiya) III yerin qalibi oldular.
Konsertin aparıcısı Tofiq Həsənsoy idi.
Qeyd edək ki, oktyabrın 28-dək davam edən festivalda Almaniya, ABŞ, İsveçrə, İsveç, Niderland, İsrail, Türkiyə, Norveç, Kolumbiya, Qvineya, Meksika, Polşa, habelə Azərbaycanın caz kollektivləri iştirak edəcəklər.
Konsert cazsevərlər tərəfindən böyük maraqla qarşılandı.
Beynəlxalq Muğam Mərkəzində konsertlər və digər tədbirlər davam edir. Oktyabrın 24-də saat 19-00 da böyük Azərbaycan şairi, siyasət və ictimai xadim Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunacaq. Oktyabrın 26 –da saat 19-00 da “Muğamat var olan yerdə” layihəsi çərçivəsində xanəndə Pərviz Qasımovun konserti keçiriləcək.
Biletlər şəhərimizin kassalarından, Asan xidmət mərkəzlərindən, online iticket.az saytından əldə etmək olar.
Frame.az