EventsMuğamMusiqiMədəniyyətTəqdimat

Beynəlxalq Muğam Mərkəzi Milli Azərbaycan Tarix Muzeyində qorunan qədim musiqi alətlərini bərpa edir

BMM  “Dəyirmi masa” layihəsi çərçivəsində tədqiqat işlərini davam etdirir. “Dəyirmi masa” layihəsinin ideya müəllifi BMM-nin direktoru , Xalq artisti Murad Hüseynovdur.
Bu yaxınlarda layihənin koordinatoru Gülhüseyn Kazımov və layihənin alətlərə  aid bölməsinin daimi iştirakçısı, Milli Konservatoriyanın qədim musiqi alətlərinin bərpası laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov qədim çalğı alətlərimizin tədqiqi ilə bağlı Milli Tarix Muzeyində olub və  burada qorunan alətlərin fiziki vəziyyəti ilə yaxından tanış olublar. Baxış zamanı məlum olub ki, muzeydə saxlanılan  qədim musiqi alətlərimiz olan tar və kamançaların bir çoxunun təmirə və restavrasiyasına ciddi ehtiyac var.
Muzey rəhbərliyinin bu barədə təklifini nəzərə alan Beynəlxalq Muğam Mərkəzi bu missiyanı öz üzərinə götürərək alətlərin təmiri işinə start verib və BMM-nin təşkilatçılığı ilə Məmmədəli Məmmədov bu şərəfli işin icrasına başlayıb. Bərpa edilən alətlər sırasında 1883-cü ilə aid olan kamança, Üzeyir bəyin böyük qardaşı Zülfüqar Hacıbəyliyə aid tar və kamança, maestro Niyaziyə məxsus tar və kamança və digər qədim alətlər yer alır.
Qeyd edək ki, BMM bu layihələri bir neçə mədəniyyət ocaqları, Gürcüstan Dövlət Folklor Mərkəzi, AMEA Foklor İnstitutu, Gürcüstan Teatr Cəmiyyəti, M.F.Axundov adına Azərbaycan Mədəniyyət Mərkəzi (Tiflis), Azərbaycan Milli Konservatoriyası və digər təşkilatlarla  imzaladığı qarşılıqlı memorandum əsasında həyata keçirir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!