EventsMədəniyyətSosialTəqdimat

Beynəlxalq Muğam Mərkəzi Xocalı soyqırımına həsr olunmuş kompozisiya təqdim edib

Fevralın 26-da Beynəlxalq Muğam Mərkəzi (BMM) sosial hesabları üzərindən canlı olaraq Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan bədii-musiqili kompozisiya təqdim edib.

Frame.az xəbər verir ki, Xocalı faciəsinə həsr olunan təqdimatda ilk dəfə olaraq sözləri və musiqisi BMM-nin solisti, tarzən Rəşad İbrahimova məxsus olan “Xocalı kompozisiyası” səsləndirilib.

Canlı yayımda BMM-nin solistləri xanəndələr Elgiz Əliyev, Ayşən Mehdiyeva, Könül Məmmədlinin ifasında lirik –fəlsəfi məzmunlu muğamlarımız səsləndirilib. İfaçıları tarda Rəşad İbrahimov, kamançada Təbriz Yusubov, balabanda Rəfael Əsgərov müşayiət ediblər.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!