EventsMuğamMusiqiTeatrTəqdimat

Beynəlxalq Muğam Mərkəzində “Ezop”qəhrəmanlıq komediyası nümayiş olunub

Fevralın 12- də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ( “Sabah” qrupu) -aktyor sənəti ixtisası üzrə təhsil alan IV kurs tələbələri tərəfindən  Gilyerme Fiqeyredonun “Ezop” qəhrəmanlıq komediyası nümayiş olunub.

 Tamaşa, Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin “Yeni nəsil dəvət edir” adlı birgə layihəsi çərçivəsində reallaşıb.

1915-ci ildə Braziliyada doğulan Gilyerme Fiqeyredo yaradıcılığına 1940-cı ildən teatr və ədəbiyyat tənqidçisi kimi başlayıb.1948- ci ildə ilk pyesini-“Ledi Qodiva”komediyasını və “Ümumi tətil” dramını, 1952- ci ildə o  özünün ən məhşur əsəri “Ezop” komediyasını  yazmışdır.

Onun  bir çox pyesləri qədim yunan mifləri və süjetləri əsasındadır. Ezop məşhur Yunan şairidir. O,bizim eramızdanəvvəl VII əsrdə yaşamışdır.

 Tamaşanın quruluşçu rejissoru,Xalq artisti Cənnət Səlimova,  musiqisi isə Cahangir Zülfüqarovundur. Anşlaqla keçən səhnə əsərində Ezop obrazını – Hilal Dəmirov, Kleyanı-Sevgin Rzayeva, Ksanfı-Corc Qafarov, Melitanı – Könül  Ələkbərova, Kapitanı –Orxan İsgəndərli, Həbəşi -Məhəmməd Musayev canlandırıb.

Əsərin obrazlarını  canlandıran tələbə-aktyorların ifası, aydın səhnə danışığı, geyimləri, əsərin məzmununa uyğun qurulan səhnə dekoru tamaşaçılar tərəfindən maraqla və alqışla qarşılandı.

Fevralın 16- da Beynəlxalq Muğam Mərkəzində Aşıq musiqi axşamları çərçivəsində Ələsgərin saz-söz dünyası adlı konsert keçiriləcək.

Biletləri şəhərimizin kassalarından, “ASAN xidmət”mərkəzlərindən və iticket.az (online) saytından əldə etmək olar.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!