MusiqiMədəniyyət

Beynəlxalq Muğam Mərkəzində istedadlı cazmen Elçin Şirinov və onun qrupunun konserti keçirilib

Mayın 20-də Beynəlxalq Muğam Mərkəzində istedadlı cazmen və bəstəkar, pianoçu Elçin Şirinov onun qrupunun konserti keçirilib. Konsert “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları çərçivəsində təşkil olunan tədbirlərdən biridir.

Qrupun tərkibində olan istedadlı gənc musiqiçilər Şamil Məmmədov, Ramiz Sevdiməliyev, Nicat Paşazadə və vokal ifaçısı Emiliya Yaqubovanın ifasında milli və xarici bəstəkarların əsərləri səslənib.

Tofiq Quliyevin «Zibeydə», Emin Sabitoğlunun «Güller», Arif Məlikovun «Gəl bizim dağlara» əsərləri, həmçinin  xarici repertuardan «Listen», «Human Nature», «Crazy Life», «At Last» , «I will survive» və başqa əsərlər ifa olundu.

Konsert tamaşaçıların gur alqışları ilə başa çatdı.

Qeyd edək ki, Elçin Şirinov Nyu-Yorkun Kevin Xeyes və Aron Qoldberq kimi məşhur cazmenlərdən dərs alıb. O, çoxsaylı beynəlxalq festivallarda iştirak edib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!