EventsMusiqiMədəniyyətTəqdimatƏn SonƏn Son

Beynəlxalq Muğam Mərkəzində özbək ansamblının konserti keçirilib

Noyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində Özbəkistan Milli Muğam İncəsənət Mərkəzinin Yunus Rəcəbiy adına muğam ansamblının konserti oldu.

Konsertdən əvvəl “Kainat ” Gənclik Mərkəzinin rəhbəri Rahib Rəsulzadə Rahib Rəsulzadə çıxış edərək bildirdi ki, 40 nəərdən artıq üzvdən ibarət ansamblın Bakıda ilk çıxışı iki qardaş ölkə üçün əlamətdar mədəni hadisələrdən sayılır. Vurğulandı ki, bu illər ərzində Özbəkistanda keçirilən muğam festivallarında Azərbaycan muğam iaçılığı məktəbinin nümayəndələri hər zaman yüksək nailiyyətlər qazanmış eləcə də Azərbaycanda təşkil edilən Beynəlxalq Muğam Festivalında özbək musiqiçilər uğurla çıxış etmişlər. Həmçinin mərkəz tərəfindən təşkil edilən Beynəlxalq Uşaq Muğam Festivalı, İslam Dünyası gənc klassik musiqi ifaçılarının  Beynəlxalq müsabiqəsində Özbəkistan musiqiçilərinin iştirakı hər zaman maraqla qarşılanıb.

Daha sonra konsert proqramı təqdim edildi. Özbəkistan Respublikasının Xalq artisti Hoşimcon İsmayılov bədii rəhbərliyi  və Abdurəhman Xoltaciyevin musiqi rəhbərliyi ilə ansamblın solistləri Xalq artisti Abdunabi İbrahimov,  Əməkdar artistlər Gülbahar Erkulova, xanəndələr Sərdarbəy Qafurbəyov, Ədalət İsmayılovanın və gənc xanəndələrin ifasında “Aşıq Qərib ” dastanından parçalar, muğam parçaları, özbək xalq mahnıları, Əlişir Nəvainin qəzəllərindən ibarət kompozisiyalar təqdim olundu.

Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!