CinemaTəqdimat

“Big Bubble əməliyyatı” uşaq filminin öz xüsusi mahnıları da yazılıb

Çoxdan gözlənilən uşaq filminin tezliklə Azərbaycan kinoteatrlarında nümayişi olacaq. Filmin musiqi tərtibatçısı, aranjimançı Rövşən Mühəmməd film haqqında danışıb.

O “My Production” istehsalı olan “Big Bubble əməliyyatı” adlı ilk uşaq macəra filmini kiçikdən böyüyə hamının maraqla izləyəcəyini qeyd edib. Onun sözlərinə görə, filmin özünəməxsus, xüsusi mahnıları yazılıb ki, ssenari və rejissor işi qədər musiqi tərtibatı da uğurlu qurulub.

Mahnılar “Meqas” uşaq mahnı qrupu tərəfindən səsləndirilib. Qeyd edək ki, filmin ərsəyə gəlməsində təşkilati dəstək Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi və Gənclərin Töhfəsi İctimai Birliyi tərəfindən göstərilib.

Filmdə iştirak edən uşaq aktyorlar Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzinin üzvləridir. Bu maraqlı filmin yaradılmasında əməyi olan bütün çəkiliş heyətini-komandanı, əsasən də uşaqları təbrik edir, rejissor Teymur Nəcəfə gələcəkdə daha çox nailiyyətlər arzulayırıq.

Frame.az

http://https://www.youtube.com/watch?v=wSu0Cr3pIoM

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!