IdmanTəqdimat

Birlikdə üzək

Dekabrın 24-dən 26-dək Gənclər və İdman Nazirliyi ölkə üzrə eyni vaxtda 30 idman kompleksində “Birlikdə üzək” adlı üzgüçülük yarışı keçirəcək.

Yarışın əsas məqsədi su idmanı növlərinin daha geniş yayılması, inkişaf etdirilməsi, kütləviliyin artırılması və sağlam həyat tərzinin təbliğidir. Hər bir iştirakçı 30 dəqiqə ərzində ən uzun məsafəyə üzmək uğrunda yarışacaq. Bütün iştirakçılara sertifikat və medal təqdim ediləcək. 30 dəqiqə ərzində ən uzun məsafəyə üzən (hər yaş qrupu üzrə ilk 3 nəfər) iştirakçılar qalib elan ediləcək və hədiyyə olaraq hovuzlara abunəlik qazanacaqlar.

Yarışlar 9 yaşdan yuxarı bütün yaş qruplarında (9-10 yaş, 11-12 yaş, 13-14 yaş, 15-16 yaş, 17-19 yaş, 20-24 yaş, 25-29 yaş, 30-34 yaş, 35-39 yaş, 40-44 yaş, 45-49 yaş, 50-54 yaş, 55-59 yaş və 60 yaşdan yuxarı) kişilər və qadınlar kateqoriyalarında keçiriləcək. Yarışlar dekabrın 24-də, 25-də və 26-da hər gün saat 10:00-13:00 və 15:00-18:00 aralığında keçiriləcək.

Yarışlarda iştirak ödənişsizdi. Qeydiyyat üçün registration@mys.gov.az e-mailinə adınızı, soyadınızı, yaşınızı, telefon nömrəinizi, yarışacağınız tarixi, vaxtı (10:00-13:00 və ya 15:00-18:00), üzəcəyiniz hovuzun adını yazıb göndərmək və ya sadəcə 187 qısa nömrəsinə (yaxud 012-499-79-85) zəng etmək (saat 09:00-dan 18:00-dək) kifayətdir.

Yarışlar aşağıdakı idman komplekslərinin üzgüçülük hovuzlarında keçiriləcək:
1.​Abşeron Olimpiya İdman Kompleksi
2.​Ağcabədi Olimpiya İdman Kompleksi
3.​Astara Olimpiya İdman Kompleksi
4.​Balakən Olimpiya İdman Kompleksi
5.​Beyləqan Olimpiya İdman Kompleksi
6.​Bərdə Olimpiya İdman Kompleksi
7.​Biləsuvar Olimpiya İdman Kompleksi
8.​Cəlilabad Olimpiya İdman Kompleksi
9.​Gəncə Olimpiya İdman Kompleksi
10.​Goranboy Olimpiya İdman Kompleksi
11.​Göyçay Olimpiya İdman Kompleksi
12.​Göy-Göl Olimpiya İdman Kompleksi
13.​Hövsan Olimpiya İdman Kompleksi
14.​Xaçmaz Olimpiya İdman Kompleksi”
15.​İmişli Olimpiya İdman Kompleksi”
16.​İsmayıllı Olimpiya İdman Kompleksi”
17.​Kürdəmir Olimpiya İdman Kompleksi
18.​Qusar Olimpiya İdman Kompleksi
19.​Lənkəran Olimpiya Idman Kompleksi
20.​Sumqayıt Olimpiya İdman Kompleksi
21.​Şağan Olimpiya İdman Kompleksi
22.​Şəki Olimpiya İdman Kompleksi
23.​Şəmkir Olimpiya İdman Kompleksi
24.​Şirvan Olimpiya İdman Kompleksi
25.​Tərtər Olimpiya İdman Kompleksi
26.​Tovuz Olimpiya İdman Kompleksi
27.​“Kür” Olimpiya Tədris İdman Mərkəzi
28.​Bakı Su İdman Sarayı
29.​Sərhədçi İdman Olimpiya Mərkəzi
30.​Bakı Tennis Akademiyası

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!