Bitget Bakıda ilk mətbuat konfransını keçirib
6 Mart tarixində dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan Bitget şirkəti Azərbaycanda yerli media nümayəndələri və tanınmış ictimai xadimlərin iştirakı ilə ilk mətbuat konfransını keçirib.
Yerli media nümayəndələri və tərəfdaşların, rəy liderlərinin iştirakı etdiyi tədbirdə regionun kriptovalyuta bazarının inkişafı, kriptovalyuta istifadəsinin perspektivləri və blokçeyn texnologiyalarının gündəlik həyatda tətbiqi mövzuları müzakirə olunub.
Bitget-in baş əməliyyat direktoru (COO) Vüqar Üsüzadə şirkət fəaliyyətində qazandığı təcrübələrini bölüşərək Bitget-in inkiçaf planını və xidmətini təqdim edib:
“Bu gün Bitget dünyanın ilk beş kriptovalyuta birjasından biri kimi, Azərbaycan bazarına genişlənməyi planlaşdırır. Biz həm pərakəndə, həm də institusional istifadəçilər üçün yüksək keyfiyyətli və təhlükəsiz xidmətlər təqdim edərək biznesimizi aktiv şəkildə böyüdürük. Bundan əlavə, Azərbaycanda Blockchain4Her və Blockchain4Youth kimi bir neçə təhsil təşəbbüsünü həyata keçirməyi planlaşdırırıq ki, bu da yerli istifadəçilər arasında maarifləndirməni artırmağa kömək edəcək”.
Bununla yanaşı, mərasimdə CryptoAZ kripto akademiyasının qurucusu Xəlil İbrahimov da çıxış edib. O, ölkədə kriptovalyuta bazarının inkişafı haqqında danışaraq əsas kripto trendləri ilə bağlı fikirlərini bölüşüb. Akademiyanın qurucusu kripto istifadəçiləri və investorları üçün tədris kurslarını da başladacağını bildirib:
“Hazırda ölkədə kriptovalyuta bazarı sürətlə inkişaf edir. Bir neçə il əvvəl belə marağın şahidi olmurduq, amma bu gün getdikcə daha çox yerli sakin kriptovalyutalara maraq göstərir. İnanıram ki, Azərbaycan gələcək illərdə kriptovalyutaların yüksək səviyyədə qəbul edildiyi ölkələrdən birinə çevriləcək”.
Bitget-in baş əməliyyat direktoru (COO) Vüqar Üsüzadənin sözlərinə görə, şirkət Azərbaycanda ictimai təqdimatlar, təhsil seminarları və digər fəaliyyətləri də davam etdirməyi planlaşdırır.
Xatırladaq ki, 2018-ci ildə yaradılan Bitget dünyanın aparıcı kriptovalyuta birjası və Web3 şirkətidir. 150-dən çox ölkə və regionda 100 milyondan çox istifadəçiyə xidmət göstərən Bitget qabaqcıl copy trading funksiyası və digər ticarət həlləri ilə istifadəçilərə daha ağıllı ticarət aparmağa kömək edir. Platforma real vaxt rejimində Bitcoin, Ethereum və digər kriptovalyutaların qiymətlərini izləməyə imkan yaradır.
Qeyd edək ki, Bitget kriptovalyutaların geniş yayılmasını təşviq etmək üçün strateji tərəfdaşlıqlara malikdir. Şirkət Şərqi Asiya, Cənub-Şərqi Asiya və Latın Amerikası bazarlarında LALIGA-nın rəsmi kripto tərəfdaşı olmaqla yanaşı, eyni zamanda Türkiyə milli idmançıları – Buse Tosun Çavuşoğlu (Dünya çempionu güləşçi), Samet Gümüş (Boks üzrə qızıl medalçı) və İlkin Aydın (Türkiyə milli voleybol komandası üzvü) ilə də qlobal tərəfdaşlıq quraraq dünya ictimaiyyətini kriptovalyuta gələcəyini qəbul etməyə ruhlandırır.
Bitget barədə daha ətraflı məlumat üçün bitget.com saytından tanış ola bilərsiniz.