EventsTəqdimat

BÖYÜK BRİTANİYADA TƏHSİL

Sizləri 22 Yanvar 2017-ci il saat 12:00-dan 16:00-a dək dəvam edəcək məlumat sessiya/konsultasiya gününə dəvət edirik.

Böyük Britaniya təhsil sferasında hər zaman ön sıralarda olmuşdur,Böyük Britaniya universitetləri daima reytinq sıralamalarında öndə olmuşdur. Universitetlər dünyaca məşhur,tarixi,reytinqli,gələcək karyera üçün təqdim etdiyi imkanlar baxımından fərqlənməkdədir. Xəyallarınızı gərçəkləşdirmək üçün biz sizə yardımçı olacayıq, qeydiyyatdan keçərək ödənişsiz məlumat günündə iştirak edin.

Niyə məhz Böyük Britaniya ?

Britaniya təhsil sistemi beynəlxalq səviyyədə yüksək reytinqə malikdir. Tələbələr burada təhsil alarkən təkcə universitet həyatına fokuslanmır, həmçinin öz sosial həyatlarına da vaxt ayıra bilirlər. Böyük Britaniya universitetlərindən məzun olan tələbələr dünyanın hər yerində öz karyeralarını qura bilirlər. İngilis dilini öz yarandığı doğma məkanda öyrənməkdən yaxşı heç nə yoxdur. Hal- hazırda English is the second language şüarı dünyada hər kəsə məlumdur. Məhz burada təhsil alarkən siz İngilis dilinizi yüksək səviyyədə inkişaf etdirəcəksiniz. Böyük Britaniyada yaşamaq dünya görüşünüzü artırmaq üçün bir şansdır.

Mədəni- tarixi cəhətdən rəqibsiz olan Manchester, Liverpool, Cardiff, Belfast, Glasgow, qədim və müasir memarlıq nümunələrinin təzadlarını özündə birləşdirən Warwickshire və Yorkshire kimi şəhərlərdə təhsil almaq sizə ayrı bir zövq verəcək. 1096- cı ildə təsis olunmuş ilk universiteti ilə dünyaya səs salan Oxford məhz burada yerləşir. Hal- hazırda Böyük Britaniya-da 119 universitet fəaliyyət göstərməkdədir. Bu universitetlərdən hər biri öz ixtisas sahələrinə görə səciyyələnmişdir. Təhsil alarkən tələblərə həftədə 20 saat işləmək hüququ verilir.

Təbii ki Böyük Britaniyada təhsildən danışarkən %90 insanın həyatlarında 1 dəfə də olsun görməyi arzuladıqları Londonu unutmaq olmaz. Big Ben, London Eye, Tower Bridge kimi məhşur tarixi yerlərdən keçərək hər gün universitetə tələsmək tələbələrin ayrıca bir marağına səbəb olur.

Ünvan : Azeri Student Center – Nobel prospekti 15, Azure Biznes Mərkəzi 20ci mərtəbə ofis no 135

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!