Böyük oğurluq: dələduzlar MDB ölkələrində GTA VI ilə bağlı öncədən sifarişdən necə sui-istifadə edirlər
Çoxdan gözlənilən oyunun satışa çıxmasına hazırlıq ərəfəsində fırıldaqçılar müxtəlif dələduzluq sxemlərindən, o cümlədən rusdilli həvəskarları hədəf alan sxemlərdən istifadə edirlər.
Məşhur Grand Theft Auto VI video oyunu üçün öncədən sifarişlərin rəsmi şəkildə açılmasından sonra bu hadisə ətrafında yaranan böyük maraqdan istifadə edən çoxsaylı dələduzluq sxemləri ortaya çıxıb. Kaspersky mütəxəssisləri istifadəçiləri aldatmaq üçün hazırlanmış müxtəlif fırıldaqçılıq əfsanələrini sənədləşdirirlər ki, buraya saxta öncədən sifariş səhifələrindən tutmuş MDB-də qarşıdan gələn oyun üçün testerlərin axtarışına qədər bir çox mənbə daxildir.
Tester qurbanları. Kaspersky mütəxəssisləri MDB sakinləri arasında “Grand Theft Auto VI”nın ilkin versiyası üçün testerlərin axtarışını reklam edən saxta rusdilli veb-sayt aşkar ediblər. Veb-saytda rəy bölüşmək və qapalı sessiyalarda iştirak etmək istəyən “aktiv oyunçular” arasında həvəskarların axtarıldığı elan edilir – bu təsvir oyun seriyasının demək olar ki, hər bir fanatına uyğundur.
Testdə iştirak etmək üçün istifadəçilərdən qapalı “Telegram” kanalına abunə olmaq xahiş olunur, burada isə messencer vasitəsilə növbəti fırıldaqçılıq sxemlərinə cəlb olunma ehtimalı daha yüksəkdir.
Öncədən sifariş tələsi. Fırıldaqçılar rəsmi oyunun vizual tərzini və brendinqini demək olar ki, birəbir təkrarlayan saxta veb-saytlar yaradırlar. Bu səhifələrdə orijinal “GTA IV” treylerləri və promo şəkillər yerləşdirilir, istifadəçilərə isə müxtəlif konsollar üçün oyunu əvvəlcədən sifariş etmək təklif olunur. Fırıldaqçılığı daha da gücləndirmək üçün portuqal dilində olan veb-saytlardan birində uydurma rəylər, yaş reytinqi və öncədən sifariş qiyməti göstərilir. “Elə indi öncədən sifariş et” düyməsini sıxmaq qurbanları şəxsi və ödəniş məlumatlarını daxil etməyə sövq edir ki, bu da fırıldaqçıların hədəfidir. Lakin ödənişdən sonra oyunun heç bir nüsxəsi əldə olunmur, eyni zamanda, məlumatlarının oğurlanması və bank hesablarındakı vəsaitlərin itirilməsi riski meydana çıxır.
Saxta beta giriş. Mütəxəssislər oyunun rəsmi buraxılışından əvvəl guya beta versiyasını yükləməyi təklif edən şübhəli bir veb-sayt aşkar ediblər. Fırıldaqçılar onu çoxsaylı hesablarda oyun faylını necə “təhlükəsiz” yükləməyi göstərən videolar paylaşılan video platformalar və sosial media vasitəsilə təbliğ ediblər. Daha inandırıcı olmaq üçün onlar həmçinin bu videoların altında yüklənmiş faylın doğrudan da oyunun qanuni versiyasını ehtiva etdiyini iddia edən şərhlər əlavə ediblər. Əslində isə fayl işə salındıqdan sonra istifadəçinin cihazını təhlükə altına düşə bilər. Potensial nəticələrə məxfi məlumatların oğurlanması, şəxsi hesablara icazəsiz giriş və arxa planda aşkarlanmayan zərərli proqram təminatının quraşdırılması daxildir.
Virtual dünyalardan virtual cüzdanlara qədər. Kriptovalyuta istifadəçiləri də şübhəli veb-saytlarla qarşılaşma riski daşıyırlar. Onlardan birində oyunun adını xatırladan adda bir token reklam edib. Səhifədə müvafiq loqotip də daxil olmaqla GTA-nın vizual üslubu təqlid edilib. Bu cür resurslara son dərəcə ehtiyatla yanaşmaq lazımdır, çünki onların istifadəsi kriptoaktivlərinin itirilməsinə səbəb ola bilər.
“Çoxdan gözlənilən oyunların buraxılması kibercinayətkarlar üçün geniş imkanlar açır və biz artıq əlaqəli saxtakarlıq fəaliyyətini aşkar edirik. Bu sxemlər oyunçular üçün əlamətdar tarixlərlə üst-üstə düşmək üçün peşəkarcasına tənzimlənib: kibercinayətkarlar gərgin gözləmə dövrlərinin istifadəçilərin sayıqlığını zəiflədə biləcəyini başa düşürlər. Biz yalnız rəsmi platformalar vasitəsilə alış-veriş etməyi və təsdiqlənməmiş mənbələrdə paylaşılan linklərə klikləməkdən çəkinməyi tövsiyə edirik. Güclü müdafiə eyni dərəcədə əhəmiyyətlidir – həllərimizə indi süni intellekt əsaslı saxtakarlıqdan müdafiə də daxildir”, – deyə Kaspersky şirkətinin baş məzmun analitiki Olqa Altuxova bildirib.
Bu cür kibertəhdidlərdən yayınmaq almaq üçün Kaspersky tövsiyə edir:
• məxfi məlumatları oğurluq və sui-istifadədən qorumaq üçün oyunları və modları yalnız rəsmi və etibarlı yayım platformalarından yükləyin;
• şəxsi məlumatları daxil etməzdən əvvəl URL formatları və təşkilat adlarının yazılışı da daxil olmaqla veb-saytların orijinallığını yoxlayın;
• ödəniş məlumatlarınızın təhlükəsizliyini təmin edin: bank hesabı məlumatlarınızı açıqlamamaq üçün oyundaxili alış-verişləri standart bank hesabına bağlı olmayan sabit balanslı (prepaid card) kart və ya xüsusi ödəniş xidməti ilə edin;
• bütün istifadə olunan cihazlarda effektivliyi müstəqil sınaqlarla təsdiqlənmiş etibarlı təhlükəsizlik həlləri quraşdırın. Kaspersky getdikcə daha da mürəkkəbləşən fişinq təhdidlərinə qarşı hərtərəfli kibertəhlükəsizliyi təmin etmək üçün süni intellekt texnologiyalarından istifadə daxil olmaqla fərdi istifadəçilər üçün həllərinin imkanlarını fəal şəkildə genişləndirir. 2025-ci ildə “Kaspersky Premium” növbəti dəfə müstəqil AV-Comparatives laboratoriyası tərəfindən aparılan anti-fişinq testlərinin nəticələrinə əsasən illik “Approved” sertifikatını əldə edib;
• mümkün olduqda bütün xidmətlərdə, xüsusilə maliyyə tətbiqlərində çoxfaktorlu identifikasiyanı aktivləşdirin.

