«Böyük sədd» filminin nümayişi – eksklüziv olaraq Park Cinema-da

«Tikinti işlərinə 1700 il sərf olundu.8851 km dəfedlməz sədd.İmperiyanı hədələyən düşmən kim idi

25 dekabr Park Cinema Flame Towers-da rejissor Çjan İmounun “Böyük sədd” filminin nümayişi baş tutdu. Filmdə hadisələr qara barıtın sirrini öyrənmək üçün Avropadan bir qrup ingilis muzdlu heyətin yollandığı Çində cərəyan edir. Çinə çatdıqda onlar imperiyaya sarsıdıcı zərbə vurmaq üçün illərdir tədarük görən şər qüvvədən qorunmaq üçün nəhəng daş səddin tikinti işlərinin getdiyini görürlər. Filmin qəhrəmanları bütün insanlığı qorumaq üçün zalım nəhənglərlə mübarizəyə sinə gərməli olurlar.

Baş rollarda: Mett Deymon, Pedro Paskal, Uillem Defo, Szin Tyan, Endi Lau.

Film haqda maraqlı faktlar:

  • Film 2016-cı ilin ən bahalı çin filmi olmuşdur.
  • Filmin böyük qismi Çində, bəzi səhnələri isə Yeni Zelandiyada çəkilib.
  • Uillem Defonun oynadığı rol öncə Brayan Krenston üçün nəzərdə tutulmuşdu.
  • Filmin bəstəkarı Ceyms Horner olmalı idi, lakin o, 2015-ci il iyun ayında baş vermiş təyyarə qəzasında vəfat edir.
  • Aktrisa Konstans Vu baş rolun Mett Deymona təklif edildiyinə və onun da bu təklifi qəbul etdiyinə görə filmi açıq şəkildə tənqid edib. O, filmdə qərbli bir aktyorun Böyük Çin Səddinin tikintisində aparıcı biri olaraq təqdim edilməsinin təəccüblü olduğunu hesab edib. Halbuki işlərin böyük qismi Çin sakinləri tərəfindən idarə və icra olunub. Deymon isə öz növbəsində bu kimi bir iddianın ona toxunduğunu və tənqidin isə tamamilə əsassız olduğunu bildirib. Endi Lau isə filmdə insanlığın sağ qalması naminə vuruşan beş əsas personajın olduğunu və onlardan dördünün çinli olduğunu söyləyərək Deymonun tərəfini saxlamışdır.
  • Luxan tanınmış koreya qrupu olan EXO-nun keçmiş üzvüdür. O, kollektivi 2014-cü ilin oktyabr ayında tərk etmişdi.
  • Fotolar Photographer Emin-ə məxsusdur. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: