CinemaEventsTəqdimatƏyləncə

“Böyük yarış. Lancia Audiyə qarşı” filmi “CinemaPlus”da nümayiş olunacaq

CinemaPlus kinoteatrlar şəbəkəsində yanvarın 18-dən etibarən

avtomobil yarışlarından bəhs edən, İtaliya və Britaniya istehsalı olan “Böyük yarış. Lancia Audiyə qarşı” filminin nümayişi başlayır.

Filmin süjeti real hadisələr əsasında çəkilib və 1983-cü ildə Dünya Ralli Çempionatında Audi Quattro və Lancia 037 komandalarının rəqabəti haqqındadır.

Rejissor: Stefano Mordini.

Baş rollarda Daniel Brül, Rikkardo Skamarço, Folker Bruh, Keti Klarkson-Hill, Yacopo Rampini, Kay Portman və Aksel Gallua.

Film haqqında qısa məlumat: İtalyan “Lancia” və Alman “Audi” arasında məşhur qarşıdurma hekayəsi. Dünyanın ən yaxşı pilotları tərəfindən idarə olunan iki konsernin, iki fəlsəfənin və iki əfsanəvi avtomobilin döyüşü. 12 ölkədə 20 yol: yağış, qar, dağ serpantinləri və orta əsr şəhərlərinin dar küçələri. Bütün imkanlardan istifadə olunur – komandaların heç biri geri çəkilməyi düşünmür. Qalib hər şeyi alır, uduzan maşınları yuyur.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

https://www.youtube.com/watch?v=EpvrXyBZ2iI&t=1s

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!