EkologiyaSağlamlıqTəqdimat

Bu gün meşə fondu torpaqlarında 13 mindən çox ağac əkilib

Respublikanın regionlarını əhatə edən meşəbərpa tədbirləri bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin iştirakı ilə Şabran rayonunda keçirilib və Bakı-Quba magistral avtomobil yolunun kənarında salınmış yaşıllıq zolaqlarında 4 mindən çox müxtəlif növ ağac tingi əkilib.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə meşəbərpa tədbirləri, eyni zamanda, Masallı, Sabirabad, Ağcabədi, Qəbələ və Zaqatala rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək sahələrində aparılıb. Gün ərzində meşə fondu torpaqlarında ümumilikdə 13 mindən artıq müxtəlif növ ağac tingi əkilib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!