Teatr

Bu həftə Musiqili Teatrda 5 tamaşa nümayiş olunacaq

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 5 tamaşa nümayiş olunacaq.

Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, 5, 6, 7 may tarixlərində saat 12.00 və 19.00-da “Qızıl toy” (O. Kazımi, R. Heydər), “Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin), “O olmasın, bu olsun” (Ü. Hacıbəyli), A. Sadıqovun səhnələşdirdiyi “Yatmış gözəl və cırtdanlar” (Ş. Pero) və “Baladadaşın toy hamamı” (Elçin) tamaşaları təqdim ediləcək.

Tamaşaçılar nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorları – Azərbaycan Respublikasının Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Svetlana Bulax, Əzizağa Əzizov, Nahidə Orucova, Ələkbər Əliyev, Almaz Ələsgərli, Çingiz Əhmədov, Əkbər Əlizadə, Şövqi Hüseynov, aktyorlar Marina Litvinenko, Nadir Xasıyev, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Nadejda Povelitsina, Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Elxan İsmayılov, Gülnarə Abdullayeva, Səməd Xasıyev, Gülçöhrə Abdullayeva, Ülviyyə Əliyeva, Əliməmməd Novruzov, Yuliya Heydərova, Hüseyn Əlili, Mehriban Zalıyeva, Rauf Babayev, Nicat Əli, Aydan Həsənova, Ruslan Mürsəlov, Elnarə Nağdəliyeva, Gültac Əlili, Şaban Cəfərov, Gülnarə Əzizova, Zarina Qurbanova, Əmrah Dadaşov, Fərid Rzayev, Güldanə Əzimova, Nahid İsgəndərzadə, Elməddin Dadaşov, Murad Əliyev və başqalarının ifalarını izləyə biləcəklər.

Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, 6 may tarixində saat 12.00-da R. Şəfəq, V. Ziminin “Yağış göbələyinin macərası” rus dilində, 7 may tarixində saat 12.00-da isə Ş. Peronun “Yatmış gözəl və cırtdanlar” əsəri Azərbaycan dilində balaca tamaşaçılara təqdim olunacaq.

Teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!