Baku City CircuitFormula 1Ən Son

Bu ilki Azərbaycan Qran Prisində 94 min tamaşaçı iştirak edib

Bakıda 3-cü dəfə baş tutan Formula 1 yarış həftəsonunda tamaşaçı iştirakı ötən illə müqayisədə 31% artıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətə bildirir ki, paytaxt Bakıda sayca 3-cü dəfə keçirilən Formula 1 yarışında və həmçinin axşam konsertlərində ümumilikdə 94 min tamaşaçı iştirak edib.

Formula 1-in ən sürətli şəhər halqasında baş tutan ötən ilki yarışla müqayisədə bu il ümumi tamaşaçı iştirakında 31%, bilet satışında isə21% artım qeydə alınıb. Bu ilsatılanbiletlərin 77%-iyerliazarkeşlərinpayınadüşür.

Formula 1 Dünya Çempionatının 4-cü yarışında iştirak etmək üçün Bakıya gələn əcnəbi azarkeşlərin sayı ötən illə müqayisədə 31% artıb. Mövsümün gözlənilməzliklərlə və həyəcanverici anlarla dolu yarışına şahid olmaq üçün dünyanın 78 ölkəsindən avtoidman həvəskarları Bakıya təşrif buyurublar. Ümumi bilet satışının təxminən dörddə biri əcnəbi tamaşaçıların payına düşür.

Bakı Şəhər Halqasında üçüncü dəfə baş tutan yarış azarkeşlərin etimadını doğrulda bilib. Beləki, həm yarışı yerində canlı, həm də bütün dünyada tele-yayım vasitəsilə izləyən milyonlarla tamaşaçı uzun müddət yaddaşlardan silinməyəcək mübarizənin şahidi olublar.

Yarışa qızğın mübarizəylə başlayan Force India komandasının pilotu Esteban Okon ilə Williams komandasının pilotu Sergey Sirotkinin elə birinci döngədəcə yarışı tərk etmələri, McLaren komandasının pilotu Fernando Alonsonun iki təkərlə mübarizəsi və Red Bull komandasının pilotları Daniel Rikkiardo ilə Maks Ferstappenin arasında gedən gərgin mübarizə və nəhayət qəza nəticəsində hər iki pilotun yarışı yarımçıq başa vurması Formula 1 azarkeşlərə həyəcanlı anlar yaşadıb.

Təhlükəsizlik maşını Haas komandasının pilotu Roman Qrojan üçün fəlakət olub. Etdiyi səhv ucbatından Romanın baryerlə toqquşmasından sonra yarışın bərpası biraz da ləngiyib.

Bundan başqa,yaşıl işıq yandıqdan sonra yarışın bitməsinə bir neçə dövrə qalmış birinci döngədə Ferrari komandasının pilotu Sebastian Fettelin etdiyi manevr ona baha başa gəlib. Beləki, dördqat dünya çempionu olan Sebastian Fettel Mercedes komandasının pilotu Luis Hamilton, yarışın lideri Valtteri Bottas, komanda yoldaşı Kimi Raykkonen və Force India komandasının pilotu Serxio Perezdən geri qalıb.

Bottasın təkərinin qəfil partlaması isə Hamiltona qələbə, Raykkonenə ikincilik və Perezə Bakıda üçüncülük, o cümlədən 2 dəfə podium qazandırıb. Beləliklə Bakıdakı sonuncu Formula 1 yarışı da ötən ilki yarış kimi uzun illər yaddaşlardan silinməyəcək.

Yarışdan əlavə, 2018 Formula 1 Azərbaycan Qran Prisi möhtəşəm Kristal Zalında dünya ulduzlarının iştirakı ilə baş tutan axşam konsertləri və əyləncə proqramı ilə də yadda qalıb. Cümə günü səhnəyə fank musiqisinin qabaqcıllarından olan Jamiroquai qrupu çıxıb. Daha sonra əfsanəvi DJ Afrojack-in təqdimatında baş tutan əyləncə proqramı gecə saatlarınadək davam edib.

Şənbə günü dünya ulduzu Kristina Aqilera öz repertuarının ən sevilən mahnıları ilə gecəyə rəng qatıb. Ardınca səhnəyə çıxan DJ Axwell /\ Ingrosso isə tamaşaçılara əyləncəli anlar yaşadıb. Qran Prinin son günündə “Brit Awards” müsabiqəsinin ikiqat qalibi Dua Lipa və ardınca çıxış edən DJ Martin Solveig möhtəşəm yarış və əyləncə həftəsonuna öz damğasını vurublar.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!