EventsMaraqlıƏyləncə

Bu yayın möhtəşəm festivalı

Sabirabadda Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər fondunun maliyyə dəstəyi və Sabirabad rayon icra hakimiyyətinin təşkilatçılığı ilə “Qarpız festivalı” keçirilib.

Sabirabad şəhərinin H. Əliyev adına istirahət parkında   keçirilən festivalda qarpız üzərində bədii oyma sənətindən nümunələr, qarpızdan hazırlanmış 20 növ kulinariya məhsulu (qarpız mürəbbəsi, kompotu, turşusu, şərbəti, qarpızdan hazırlanan tort, cem, keks, dondurma, qarpız kababı, konservi, qarpızdan hazırlanan kokteyllər, qarpız şirəsi, salatı, qarpız sendviçi, qarpızlı soyuq çay, qarpız dadlandırıcıları, qurudulmuş qarpız tumlarından dəmlənmiş isti çay və s.) sərgilənib.

Məhəmməd Füzulinin “Meyvələrin söhbəti” adlı əsərindən kiçik səhnəcik göstərilib, pəhləvanların başla qarpız sındırma yarışması keçirilib.

Daha sonra konsert proqramı ilə davam etdirilən tədbir  atəşfəşanlıqla başa çatıb.

Şəkillərə görə Ülvi Günəşliyə təşəkkür edirik.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!