IdmanTəqdimat

Bulvarda əsrarəngiz taekvondo festivalı keçirilib

29 may başlayan taekvondo üzrə dünya çempionatı çərçivəsində demo şou baş tutub. Şou Dünya Taekvondo Federasiyasının nümayiş komandası tərəfindən Dənizkənarı Milli Park ərazisində keçirilib. Dünya Taekvondo Federasiyasının Prezidenti Çunqvon Ço və Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov tədbir başlamazdan öncə komanda üzvləri ilə görüşüb. Çunqvon Ço şəhər sakinləri ilə də görüşərək onlarla şəkillər çəkdirib. 

Tədbir müddətində komanda tərəfindən Azərbaycan milli rəqslərinin də nümayiş olunması izləyicilər tərəfindən maraqla qarşılanıb. 

Xatırladaq ki, 4 iyuna qədər davam edəcək çempionata 145 ölkədən 1000-ə qədər idmançı qeydiyyatdan keçib. Mundial səbəbilə 3000-dən artıq qonaq Bakı şəhərinə gəlib. Dünya çempionatı Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda keçirilir. Ölkəmiz mundialı qəbul etmiş Avropa ölkələri arasında isə Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra yeddinci kimi tarixə düşüb.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!