“Cəmiyyəti dəyişən sən ol” adlı xeyriyyə tədbiri keçiriləcək

Tədbir  29 fevral – 1 mart tarixlərini əhatə edəcək.

Tədbirin məqsədi  xərçəng xəstəliyindən əziyyət çəkən Leyla Əzizlinin müalicə olunmasına yardım etməkdir. Bununla yanaşı əsas hədəf kütləsi gənclər olmaqla cəmiyyətimizin üzvlərini aktual mözvülarla bağlı maarifləndirmək və fikir mübadiləsi etməkdir.

29 fevral – Təlim günü
Təlim günündə təlimçilərimiz tərəfindən 5 müxtəlif mövzu üzrə seminar deyiləcək. Seminarlar əsasən Fərdi inkişaf, Karyera, İş həyatı, Motivasiya, Uğur hekayəsi istiqamətlərində olacaqdır. Təlim günün sonunda hər bir iştirakçıya sertifikat təqdim olunacaqdır.

Mehriban Mehrab – “Xəyallarını gələcəyə daşı”
Orxan Şahbaz – “Özgüvən və davranış”
Orxan Mahmudov – “Yalqız qurd-indivudual inkişaf”
Nərgiz Seyidzadə – “Sənin yolun, sənin məqsədin, sənin sürətin..
Turan Həsənli – “Universitetdən sonraki həyat”
Məkan: ADİU 4cü korpus.

1 mart – Party günü
Party günü DJ Əfqanın təqdimatında və surpriz qonaqlarımız ilə birgə maraqdolu və əyləncəli bir gün yaşayacaqsız.
Məkan: Hiss club.

Hər iki gün tədbirimizin aparıcısı Aydın İsmayılpur olacaqdır.

Bilet alaraq gənc tələbə Leyla xanımın müalicəsinə yardımçı olmaqla yanaşı öyrədici və əyləncəli bir həftə sonu əldə edəcəksiniz.

Biletin qiyməti:  25 azn;
Tələbələr üçün  15 azn;

Fiziki qüsurlu şəxslər və şəhid övladları üçün iştirak ödənişsizdir.

Əlaqə nömrələri:
0702303242
0552118911
0553582369

Tədbirin informasiya dəstəyi Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: