AirnewsSəyahətTurizmTəqdimat

Cahangir Əsgərov “Iran Air” aviaşirkətinin rəhbəri ilə görüşmüşdür

AZAL Prezidenti Cahangir Əsgərov oktyabrın 26-da Bakıda səfərdə olan “Iran Air” aviaşirkətinin rəhbəri Fərzanə Şərəfbafinin (Farzaneh Sharafbafi) başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Görüş zamanı tərəflər “Azərbaycan Hava Yolları” və “Iran Air” arasında əməkdaşlığın gələcək inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparmışdırlar.

Cahangir Əsgərov qonaqlara son illər Azərbaycan mülki aviasiyası sahəsində işlərin vəziyyətibarədə danışmışvə Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin axınının rekord səviyyədə artdığını vurğulamışdır. Paytaxt hava limanı2018-cu ilin doqquz ayı ərzində 3,49 milyon sərnişinə xidmət göstərmişdir (ötən ilin analoji göstəricisindən 10 faiz çox).Yeni reyslərin açılması nəzərə alınmaqla qarşıda 2020-ci ilin yekunları üzrə bu göstəricinin ildə 7 milyon nəfərə kimi artırılması kimi prioritet vəzifə dayanır.

Cahangir Əsgərovun sözlərinə görə, İran Azərbaycanla sərhəddir və cənub qonşusuna sərnişin axının artırılması üçün tam dəstək göstəriləcək.

Fərzanə Şərəfbafi Azərbaycan mülki aviasiyası sahəsində gördüyü tərəqqinin onda böyük təəssürat doğurduğunu qeyd etmişdir. Onun sözlərinə görə, iranlı turistlərin Azərbaycana marağı daima artır.

Fərzanə Şərəfbafi Bakıda aparılmış danışıqların əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyinə ümidvar olduğunu bildirmişdir.

Görüşdə tərəflər iki ölkə arasında aviadaşımaların daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi üzrə qarşılıqlı səylərin birləşdirilməsinə dair niyyətlərini bildirmişdirlər.

Qeyd edək ki, Bakı-Tehran reysi daha çox tələb olunan istiqamətlərdən biridir. AZAL-ın tərkibinə daxil olan “Buta Airways” loukosteri Tehrana hər gün, “Iran Air” aviaşirkəti isə həftədə iki dəfə uçuşlar yerinə yetirir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!