FutbolIdman

Çempionlar Liqası qrup mərhələsi 2-ci tur

A Qrupu: Bazel – Benfika 5:0 ÇSKA – Mançester Yunayted 1:4 Bazel – Benfika qarşılaşması meydan sahiblərinin böyükhesablı qələbəsi ilə sona çatdı. Hesab artıq görüşün 2-ci dəqiqəsində açıldı. Lanq meydan sahiblərini hesabda önə keçirdi 1:0. 20-ci dəqiqədə Oberlin fərqi iki topa çatdırdı. 60-cı dəqiqədə Van Volsvinkel hakimin təyin etdiyi penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı 3:0 etdi. Cəmi iki dəqiqə sonra qonaqlar daha bir zərbə aldı. Andre Almeyda meydan sahiblərinin futbolçusuna qarşı kobudluq edərək qarşısında qırmızı vərəqəni gördü. Azlıqda qalan “Benfika” 69-cu dəqiqədə qapısında dördüncü topu gördü. Oberlin dublunu rəsmiləşdirdi 4:0. 76-cı dəqiqəsində Riveros görüşdə son nöqtəni qoydu 5:0. Bu qələbə sayəsində “Bazel” komandası aktivinə ilk üç xalı yazdı. “Benfika” isə ardıcıl keçirdiyi ikinci oyununda da meydanı məğlub tərk etdi. Qrupun digər matçında “ÇSKA” doğma meydanda “Mançester Yunayted” komandası ilə qarşılaşdı. Veb Arena’ya toplaşan 29073 azarkeş erkən qolun şahidi olub. Lukaku 4-cü dəqiqədə başla topu Akinfeyev’in qapısından keçirib 0:1. 19-cu dəqiqədə Martial 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək fərqi iki topa çadırdı. 27-ci dəqiqədə Lukaku özünün ikinci komandasının üçüncü topunu vurdu. Oyunun 57-ci dəqiqəsində Martial’dan ötürmə alan Mxitaryan dördüncü topu ÇSKA” komandasının qapısından keçirdi 0:4. Meydan sahiblərinin gücü yalnız bir topun əvəzini çıxmağa çatdı. 90-cı dəqiqədə Kuçyaev fərqləndi 1:4.

B Qrupu: PSJ – Bavariya 3:0 Anderlext – Seltik 0:3 Qrupun əsas favoritləri hesab olunan “PSJ” və “Bavariya” komandaları Fransada üz-üzə gəldilər. Görüşdə hesab artıq 2-ci dəqiqədə açıldı. Neymar’dan ötürmə alan Dani Alves sərt zərbə ilə Ulrayx’ı məyus etdi 1:0. 31-ci dəqiqədə Kavani mükəmməl zərbə ilə hesabı 2:0 etdi. İlk hissədə zəif təsir bağışlayan “Bavariya” ikinci hissədə də sönük oun nümayiş etdirdi. 63-cü dəqiqədə Neymar üçüncü topu Bavariya’nın qapısından keçirdi. 3:0 hesabı ilə qələbə qazanan “PSJ” xallarının sayını 6-ya yüksəldib. Anderlext – Seltik matçı 0:3 hesabı ilə qonaqların qələbəsi ilə başa çatıb.

C Qrupu: Qarabağ – Roma 1:2 Atletiko Madrid – Çelsi 1:2 UEFA Çempionlar Liqasının qrup mərhələsində ikinci oyununu keçirən “Qarabağ” “Roma” ilə qarşılaşıb.Bakı Olimpiya Stadionunda keçirilən oyunda İtaliya təmsilçisi 1:2 hesabı ilə qələbə qazanıb. “Qarabağ” klubunun yeganə qolunu qarşılaşmanın 28-ci dəqiqəsində Pedro Enrike vurub. Qrupun digər matçında Atletiko Madrid – Çelsi komandaları üz-üzə gəlib. Hesab fasiləyə beş dəqiqə qalmış açılıb. Cüneyt Çakır’ın təyin etdiyi penalti zərbəsini Qrizmann dəqiq yerinə yetirib 1:0. İkinci hissəyə fəal başlayan “Çelsi” 60-cı dəqiqədə istəyinə nail olub. Hazard’ın sol cinahdan asmasını Morata başla qapıdan keçirib 1:1. 90-cı dəqiqədə Markos Alonso’dan ötürmə alan Batşuayi komandasının qələbə topunu vurub 1:2. “Çelsi” 6 xalla qrup lideridir. “Roma” 3 xalla ikinci sıradadır. “Atletiko Madrid” klubunun aktivində 1 xal var. İki görüşdə xal üzünə həsrət qalan “Qarabağ” isə qrup sonuncusudur.

D Qrupu: Yuventus – Olimpiakos 2:0 Sportinq – Barselona 0:1 “Yuventus” azarkeşləri önündə “Olimpiakos” komandasını qəbul edib. İlk hissədə meydan sahiblərini bir neçə dəfə hesabı açmağa yaxın olsalar da qapılara top vurulmayıb. İkinci hissədə hücumlarının kəsərini arıran Yuve 69-cu dəqiqədə istəyinə nail olub. Oyuna əvəzetmədən daxil olan İquayn komandasını hesabda önə keçirib 1:0. Görüşün bitiminə 10 dəqiqə qalmış Mandzukiç başla ikinci topu “Olimpiakos” komandasının qapısından keçirib 2:0. Portuqaliya səfərinə yollanan “Barselona” çətinliklə də olsa qələbə qazanıb. Aktivində 6 xalı olan “Barselona” birinci, 3 xalı olan “Yuventus” ikinci, eyni xala malik olan “Sportinq” üçüncü xal toplamayan “Olimpiakos” isə qrup sonuncusudur.

Frame.az

PƏRVİN BAYRAMOV

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!