FutbolIdman

Çempionlar Liqası qrup mərhələsi 2-ci tur

E Qrupu: Sevilya – Maribor 3:0 Spartak Moskva – Liverpul 1:1 Sevilya – Maribor matçı gözlənildiyi kimi meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb. 3:0 hesabı ilə qələbə qazanan “Sevilya” komandasının hər üç topunu Ben Yadder vurub. Rusiya çempionatının son qalibi “Spartak Moskva” doğma meydanda İngiltərə’nin “Liverpul” komandasını qəbul edib. İlk hissə qonaqlarının ərazi üstünlüyü ilə keçsəsə hesabı gözlənilmədən “Spartak Moskva” komandası açıb. Fernando 23-cü dəqiqədə vurduğu cərimə zərbəsi qolu ilə meydan sahiblərini hesabda önə keçirib. Buraxılan qoldan sonra hücumlarının kəsərini artıran “Liverpul” səkkiz dəqiqə sonra hesabı bərabərləşdirməyə müvəffəq oldu. Mane’dən ötürmə alan Kautinyo yaxın məsafədən Rebrov’u cəzalandırdı 1:1. İkinci hissədə hər iki tərəf bir neçə dəfə qol vurmaq imkanı əldə etsə də fərqlənə bilmədilər. Görüş 1:1 hesabı ilə başa çatdı.

F Qrupu: Mançester Siti – Şaxtyor 2:0 Napoli – Feyenord 3:1 İlk turda Feyenord’u səfərdə darmadağın edən “Mançester Siti” bu dəfə öz meydanında Ukrayna’nın ” Şaxtyor” komandasını qəbul edib. Komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar. Oyunun 48-ci dəqiqəsində meydan sahibləri nəhayət istəklərinə nail olublar. David Silva’dan ötürmə alan De Brüyne uzaq məsafədən fantastik qola imza ataraq komandasını hesabda önə keçirib 1:0. Görüşün sonuncu dəqiqəsində fərq iki topa çatdı. Sterlinq Bernard Sİlva’nın ötürməsindən sonra fərqlənərək komandasının 2:0 hesablı qələbəsini rəsmiləşdirdi. Neapolda Feyenord’u qəbul edən “Napoli” komandası gözlənildiyi kimi qələbə qazandı. Görüşün 7-ci dəqiqəsində İnsinye meydan sahiblərini hesabda önə keçirdi 1:0. İkinci hissənin başlanğıcında Mertens fərqlənərək hesabı 2:0 etdi. 71-ci dəqiqədə Kalyexon fərqi üç topa çatdırdı. 90-cı dəqiqədə qonaqların heyətində Amrabat fərqləndi. Görüş 3:1 hesabı ilə “Napoli” komandasının qələbəsi ilə başa çatdı.

G Qrupu: Beşiktaş – Leipziq 2:0 Monako – Portu 0:3 “Beşiktaş” Vodafon Arena’da “Leipziq” komandası ilə qarşılaşdı. 11-ci dəqiqədə Babel, 43-cü dəqiqədə Taliska’nın vurduğu qollar İstanbul təmsilçisinə 2:0 hesabı ilə qələbə gətirdi. Bu qələbədən sonra “Beşiktaş” xallarının sayını 6-a yüksəldib. Monako – Portu matçında gözlənilmədən Portuqallar böyükhesablı qələbə qazandı. Hesab oyunun 31-ci dəqiqəsində açılıb. Abubakar fərqlənərək komandasını hesabda önə keçirib 0:1. 69-cu dəqiqədə Abubakar dublunu rəsmiləşdirib 0:2. Matçın sonlarında Layun üçüncü topu meydan sahiblərinin qapısından keçirib 0:3. Bu qələbədən sonra “Portu” qrupda ikinci pilləyə yüksəlib.

H Qrupu: Borussia Dortmund – Real Madrid 1:3 Apoel – Tottenhem 0:3 Qrupun mərkəzi matçında Borussia Dortmund və turnirin son qalibi Madrid’in “Real” komandası üz-üzə gəlib. 65849 tamaşaçının “Siqnal İduna Park” stadionunda canlı izlədiyi qarşılaşma Kral klubunun qələbəsi ilə başa çatıb. 18-ci dəqiqədə Karvaxal’dan gözəl ötürmə alan Beyl qapıçı Bürki’ni məyus edib 0:1. Oyunun 49-cu dəqiqəsində “Real Madrid” Ronaldo’nun vurduğu qolla ikinci dəfə meydan sahibləıri mərkəzə dəvət edib. Buraxılan qoldan sonra irəli atılan “Borussia Dotmund” 53-cü dəqiqədə fərqi mimimuma endirməyə nail olub. Kastro’nun sol cinahdan ötürdüyü topu Obameyanq qapıdan keçirib 1:2. Lakin Dortmundluların bundan artığına gücü çatmayıb. Əvəzində Ronado 79-cu dəqiqədə dublunu rəsmiləşdirərək özünün ikinci, komandasının üçüncü topunu vurub. Bu qələbə sayəsində “Real Madrid” xallarının sayını 6-ya yüksəldib. Qrupun digər matçında “Apoel” doğma meydanda “Tottenhem” komandasına 0:3 hesabı ilə məğlub olub. Hər 3 qolun müəllifi olan Keyn cari turnirdə qollarının sayını 5-ə çatdırıb.

Frame.az

PƏRVİN BAYRAMOV

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!