IdmanƏyləncə

Champions League 2016-2017 TƏHLİL

Champions League 2016-2017 TƏHLİL:

A Qrupu: PSG-Arsenal-Basel-Ludogorets

B Qrupu: Benfica-Napoli-Dinamo Kyiv-Beşiktaş

C Qrupu: Barcelona-Manchester City-Mönchengladbach-Celtic

D Qrupu: Bayern Munchen-Atletico Madrid-Psv-Rostov

E Qrupu: CSKA Moskva-Bayer Leverkusen-Tottenham-Monaco

F Qrupu: Real Madrid-Borussia Dortmund-Sporting-Legia

G Qrupu: Leicester-Porto-Brugge-Kobenhavn

H Qrupu: Juventus-Sevilla-Lyon-Dinamo Zagreb

A qrupunun favoriti PSG və Arsenal komandaları olsada Basel klubundan sürpriz gözləmək olar.

B qrupunuda mübarizə aparacaq qardaş ölkənin təmsilçisi Beşiktaş’ın nisbətən asan qrupa düşdüyünü söyləmək mümkün. Püşkatma Pep Guardiola’nı keçmiş komandası Barcelona ilə üz-üzə qoydu. Qrupun digər komandaları da Borussia Mönchengladbach və Celtic komandalarını hesabdan silmək olmaz. Son finalçı Atletico Madrid keçən mövsüm yarımfinalda qarşılaşdığı Bayern Munchen’lə bu dəfə qrup mərhələsində üz-üzə gələcək, Psv Eindhoven və Rostov komandalarının bu çətin qrupda 1-ci və 2-ci yerləri tuta biləcəkləri inandırıcı görünmür.

E qrupunda mübarizə aparacaq CSKA Moskva, Bayer Leverkusen, Tottenham və Monaco klublarınınn qrupdan çıxma şanslarının bərabər olduğunu söyləyə bilərik. Turnirin son qalibi Real Madrid’in o qədər də güclü qrupa düşmədiyini qeyd edə bilərik.

Madrid təmsilçisi F qrupunda Borussia Dortmund, Sporting və Legia komandaları ilə mübarizə aparacaq.

Son EPL çempionu Leicester komandası G qrupunda qüvvəsini sınayacaq. Rəqibləri Porto, Brugge və son Danimarka çempionu Cobenhavn komandaları olacaq. Yay transfer pəncərəsində Gonsalo Higuain,Dani Alves,Miralem Pjanic kimi futbolçuları heyətinə qatan Turin’in Juventus komandası bu mövsüm Çempionalar Liqası’nın əsas favoritlərindən biri hesab olunur. Püşk Juve’ni son Avroliqa’nın qalibi Sevilla, Avrokubok’larda böyük təcrübəyə malik olan Fransa’nın Lyon və son Xorvatiya çempionu Dinamo Zagreb komandaları ilə üz-üzə qoydu.

14102284_1072526542839698_3147706365509309397_nPərvin Bayramov

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!