Çimərlik həndboluna dair seminar keçiriləcək

Avqustun 18-20-də Bakıda Avropa Həndbol Federasiyası (EHF) və Azərbaycan Həndbol Federasiyasının (AHF) təşkilatçılığı ilə çimərlik həndboluna dair seminar keçiriləcək.

AHF-dən Frame.az-a verilən məlumata görə, tədbirdə EHF-in nümayəndəsi Tamas Neukum çıxıç edəcək, çimərlik həndbolu və onun inkişafı haqqında iştirakçılara məlumat verəcək. Bununla yanaşı, Azərbaycanda çimərlik həndbolu ilə tanışlıq, həmin idman növünün hazırkı vəziyyəti, tətbiq ediləcək yeni qaydalarla bağlı fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, seminar çimərlik həndbolu üzrə ikinci ölkə çempionatı ilə eyni vaxtda baş tutacaq.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: