“CinemaPlus Azerbaijan”-ın qonağı məşhur alman rejissoru olub

Premium kinoteatr “CinemaPlus Azerbaijan”-da 22 və 29 İyun tarixlərində məşhur alman rejissor Veyt Helmerə həsr edilmiş master-klass və filmlərin nümayişi olub.

Veit Helmer: yazıçı, rejissor, produser, öz ilk filmini 14 yaşında çəkib. O, əsasən qısa filmləri ilə məşhurlaşıb. Helmer 1997-ci ildə Venesiyada premyerası olan Uim Vendersin “İşiğın hiyləsi” bədii filminin həmmüəllifidir.
Helmerin baş rolda Denis Lavantın oynadığı ilk bədii filmi “Tuvalu” San Sebastiyan, London, Berlin və Karlovi Vari da daxil olmaqla 62 festivala dəvət almışdır.

Onun çəkilişləri Azərbaycanda aparılan üçüncü bədii filmi “Absurdistan” ın primyerası (2008) Sandensda baş tutmuş və müxtəlif festivalların mükafatını qazanmışdır.
Master-klass və filmlərin nümayişi zamanı Veit Helmer Azərbaycanlı rejissorlar və müxbirlər  ilə görüşüb, öz yaradıcılıq tərzininin xüsusiyyətlərini  və film çəkilişi zamanı ortaya çıxan maneələri haqda müzakirə edib.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: