CinemaEventsMədəniyyətTəqdimat

CinemaPlus-da “Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı” keçirilir

Azərbaycan Kinosu Günü münasibətilə “CinemaPlus” kinoteatrlar şəbəkəsində “Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı” keçirilir.
Bununla bağlı keçirilən tədbirdə çıxış edən “CinemaPlus” Kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə kino sahəsində çalışan hər kəsi təbrik edib: “Tamaşaçılarımızı Azərbaycan klassik filmlərini izləməyə dəvət edirəm. Əminəm ki, bu kino festivalı anşlaqla keçəcək”.

Kinematoqrafiya şöbəsinin müdiri, kinorejissor və senarist Rüfət Həsənov qonaqları salamlayıb və ərsəyə gələn layihənin Azərbaycan kinosunun təbliği baxımından çox önəmli olduğunu vurğulayıb.

Avropa Kino Akademiyasının üzvü, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Dövlət mükafatı laueratı Vaqif Mustafayev bildirib ki, Azərbaycan tamaşaçısı kinosuz yaşaya bilmir: “Mədəniyyət Nazirliyinə və “CinemaPlus”a təşəkkür edirik ki, bu cür layihəni həyata keçirir”.
“Mədəniyyət Nazirliyi hazırda kino sahəsinə çox böyük diqqət göstərir. Bütün bunlar onu göstərir ki, Azərbaycan kinosu yaşayır və bundan sonra da yaşayacaq”, – xalq artisti nəzərə çatdırıb.

Daha sonra “Bəyin oğurlanması” filmi nümayiş olunub.

Tədbirdə Azərbaycan Respublikasının xalq artistləri Rasim Balayev, Vaqif Mustafayev, Azərbaycanın əməkdar incəsənət xadimi Ayaz Salayev, Azərbaycan Respublikasının əməkdar artisti Zemfira Sadıxova və digər bir sıra əməkdar incəsənət xadimləri, kinorejissorlar, tanınmış aktyorlar, kino həvəskarları və mətbuat nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, kino işçilərinin peşə bayramı – Azərbaycan Kinosu Günü münasibətilə Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə “CinemaPlus” premium kinoteatrlar şəbəkəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi və “Azərbaycanfilm” kinostudiyası ilə birgə avqustun 3-dən 10-dək “Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı” təşkil olunur.

Xatırladaq ki, retrospektiv baxış müddətində CinemaPlus kinoteatrlar şəbəkəsində aşağıdakı filmlərin nümayişi nəzərdə tutulub:
1. “Arşın mal alan”
Rejissorlar: Rza Təhmasib, Nikolay Leşşenko.
1945- ci il. Bakı kinostudiyası.

2. “Bəxtiyar”
Rejissor: Lətif Səfərov.
1955- ci il. Bakı kinostudiyası.

3. “O olmasın, bu olsun”
Rejissor: Hüseyn Seyidzadə.
1956-cı il. Bakı kinostudiyası.

4. “Ögey ana”
Rejissor: Həbib İsmayılov.
1958-ci il. Bakı kinostudiyası.

5. “Uzaq sahillərdə”
Rejissor: Tofiq Tağızadə.
1958-ci il. Bakı kinostudiyası.

6. “Əhməd haradadır?”
Rejissor: Adil İsgəndərov.
1963- cü il. “Azərbaycanfilm” k/st.

7. “Sehrli xalat”
Rejissor: Əlisəttar Atakişiyev.
1964- cü il. “Azərbaycanfilm” k/st.

8. “Bir cənub şəhərində”
Rejissor: Eldar Quliyev.
1969-cu il. “Azərbaycanfilm” k/st.

9. “Bizim Cəbiş müəllim”
Rejissor: Həsən Seyidbəyli.
1969-cu il. “Azərbaycanfilm” k/st.

10. “Şərikli çörək”
Rejissor: Şamil Mahmudbəyov.
1969-cu il. “Azərbaycanfilm” k/st.
11. “Axırıncı aşırım”
Rejissor: Kamil Rüstəmbəyov.
1971-ci il. “Azərbaycanfilm” k/st.
12. “Gün keçdi”
Rejissor: Arif Babayev.
1971-ci il. “Azərbaycanfilm” k/st.
13. “Nəsimi”
Rejissor: Həsən Seyidbəyli.
1973-cü il. “Azərbaycanfilm” k/st.
14. “Əzablı yollar”
Rejissor: Tofiq İsmayılov.
1982-ci il. “Azərbaycanfilm” k/st.
15. “Evlənmək istəyirəm”
Rejissor: Cahangir Mehdiyev
1983-cü il. “Azərbaycanfilm” k/st.
16. “Bəyin oğurlanması”
Rejissorlar: Ceyhun Mirzəyev, Vaqif Mustafayev.
1985-ci il. “Azərbaycanfilm” k/st.
17. “Cin mikrorayonda”
Rejissor: Oqtay Mirqasımov.
1985-ci il. “Azərbaycanfilm” k/st.
18. “Atları yəhərləyin”
Rejissorlar: Əbdül Mahmudov, Həsən Turabov.
1985-ci il. “Azərbaycanfilm” k/st.
19. “Süd dişinin ağrısı”
Rejissor: Hüseyn Mehdiyev.
1987-ci il. “Azərbaycanfilm” k/st.
20. “Yaramaz”
Rejissor: Vaqif Mustafayev.
1988-ci il. “Azərbaycanfilm” k/st.
21. “Ölsəm… bağışla”
Rejissor: Rasim Ocaqov.
1989-cu il. “Azərbaycanfilm” k/st.

Qeyd etmək istərdik ki, giriş sərbəstdir.
Ətraflı məlumat “CinemaPlus”un sosial şəbəkə hesablarında və kinoteatrın saytında qeyd olunub.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!