SosialƏn SonƏn Son

CinemaPlus-un əməkdaşı, Vətən müharibəsinin Şəhidi Səxavət Həsənovun anım günü qeyd olunub

Gəncə şəhərində noyabrın 4-də Laçın döyüşləri zamanı Şəhid olan Səxavət Həsənovun anım günü qeyd olunub.

Anım mərasimində Şəhidin yaxınları, yerli sakinlər və “CinemaPlus” kinoteatrlar şəbəkəsinin kollektivi iştirak ediblər. Səxavətin həmkarları və dostları onunla yaşanan xoş xatirələri yada salıblar. Daha sonra Şəhidin məzarı ziyarət edilib. Üzərinə güllər düzülüb və ruhuna dualar oxunub.

Həmçinin Şəhidin xatirəsinə Gəncədə bulağa Səxavət Həsənovun adı verilib.

Qeyd edək ki, Şəhid 1994-cü ildə Gəncə şəhərində anadan olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına ilk gündən qatılıb.

Ali Baş Komandan tərəfindən ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” 5 medallar ilə təltif edilib.

Allah rəhmət eləsin!

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!