CinemaEventsTəqdimatƏyləncə

“CinemaPlus”da azərbaycan dilində “Rubi və qızıl kanyon” animasiya filminin nümayişi keçirilir

“CinemaPlus” kinoteatrlar şəbəkəsi  2018-ci ildə “Cinemazadeh” studiyasında peşəkar azərbaycan dilinə dublyaj edilən Çin istehsalı olan “Rubi və qızıl kanyon” animasiya filminin nümayişlərinə başlayıb.

Dublyajın redaktoru Vüqar Hüseynov, rejissor Rövşən Məmmədli, səs operatoru Vüsal Abdulhəsənov, səs rejissoru Orxan Ağalarov, post-prodakşn Rüfət Kərimzadə, icraçı prodüser Emil Davudzadə, baş prodüser Cəfər Axundzadə.

Animasiya filmini səsləndiriblər Əlixan Rəcəbov, Nəzakət Məmmədli, Zemfira Abdulsəmədova, Rəhim Rəhimov, Vüsal Xaliqoğlu, Rövşən Məmmədli, Elman Rəfiyev, Müşfiq Mirzəzadə, Vüsal Mustafayev, Vagif Aslanov, Vüsal Hacıqədir və Vüqar Hüseynov.

Cizgi filminin rejissoru Din Şidir.

Cizgi filmi haqqında qısa məlumat: Rub adlı uçağan, cırcırama Su Hökmdarı ilə birgə laboratoriyada şüşə bankada yaşayır. Onlar nəyin bahasına olursa olsun sirli ölkə – Qızıl Kanyona səyahət etməyi arzulayırlar. Lakin ora ancaq sehirli nəhəng quşda çatmaq olar. Arzularının yolunda, təhlükəli və maraqlı səyahət zamanı bizim qəhrəmanlar kərtənkələ Ti-Reksə qalib gəlməli, kral arılarının təqibindən qaçmalıdırlar. Və bütün bunlar arzularına görədir!

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır!

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!