“Cinemaplus”da Tarantinonun doqquzuncu filminin təntənəli nümayişi keçirilib
“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında dünya şöhrətli rejissoru Kventin Tarantinonun “Bir dəfə Hollivudda” filminin rəsmi premyeradan bir gün əvvəl qapalı nümayişi baş tutub.
Təqdimatda 1960-70 illərin atmosferi hökm sürüb. Həmçinin, tədbirdə furşet, alkoqol və alkoqolsuz içkilər təşkil edilib. Bundan başqa, təqdimat fərqli dekorasiya, musiqi, şou proqram və mükafatlı müsabiqələri ilə diqqət çəkib.
Gecəyə qatılanlar xüsusi dress-koda diqqət edən məşhurlar, jurnalistlər, blogerlər, iş adamları və təşkilatçılar olub.
Qeyd edək ki, Tarantinonun doqquzuncu filmi ən çox məşhurun bir arada olduğu ekran işidir. Belə ki, burada Leonardo DiKaprio, Bred Pitt, Marqo Robbi, Al Paçino və Kurt Rassel kimi dünya şöhrətli sənətçilər yer alıb.
Filmdə hadisələr 1969-cu ilin yayında cərəyan edir. Məşhur bir serialda oynayan kiçi aktyor film sektoruna girmək istəyir. Aktyorun yaxın dostu və dublyoru da eyni niyətdədir. Ekran işində arxa planda qalan hekayə isə Çarlz Menson və dörd dostunun müridləri tərəfindən qorxunc şəkildə öldürülməsidir.
Tədbirin təşkilində dəstək göstərmişdilər: Light in Black, “Narmin Event” dekor şirkəti, “Honor” telefonlarının eksklüziv distribyuteri “İrşad Electronics “, “İdeal Perfumery” və “Carolina Herrera” kosmetikası, Harmony Dance Studio by Farid Mehdiyev, “Taksim kebap” restoranı, “Abşeron şərab” və “Şeh Su”.
“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sizi sevindirməyə hazırdır.