CinemaEventsSosialTəqdimat

“CinemaPlus”da uşaqlar üçün “Qar adamı axtarışında” cizgi filminin xeyriyyə nümayişi keçirilib

“CinemaPlus 28 Mall” premium kinoteatrında 2018-ci ildə “Cinemazadeh” studiyasında azərbaycan dilinə peşəkar dublyaj olunmuş Kanada istehsalı olan “Qar adamı axtarışında” animasiya filminin uşaqlar üçün xeyriyyə nümayişi baş tutub.

Cizgi filmi başlamazdan öncə uşaqlar üçün sehrbaz Anarın çıxışı ilə əyləncə proqramı təşkil olunmuşdur.

Animasiya filmini Vüsal Xalıqoğlu, Mətanət Abbaslı, Rövşən Məmmədli, Pərviz Məmmədrzayev, Emin Nəsirli, Ramil Zeynalov, Nəcibə Hüseynova, Vüsal Hacıqədir və Elşən Rüstəmov dublyaj etmişdilər.

Dublyajın rejissoru Vüsal Məmmədov, redaktor Vüqar Hüseynov, səs rejissoru Natiq Şəkərəliyev, səs operatoru Rəhman Hacıyev, post-prodakşn supervayzer Vüqar İslamzadə, icraci produser Emil Davudzadə, baş produser Cəfər Axundzadə.

Ailəvi cizgi filminin rejissorları Pyer Qreko və Nensi Sevarddır.

Qısa məzmunu: Şəxsi detektiv Nelli və botanik-alim Saymonun maraqlı sərgüzəştləri. Onlar əminliklə Qar adamının varlığına inanırlar. Mifik heyvanın varlığını sübut etmək üçün tədqiqatçılar Himalayın düz mərkəzinə yola düşməli və onu tapmalıdırlar!

“CinemaPlus” hər zaman uşaqları sevinməyə hazırdır!

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!