CinemaEventsTəqdimatƏyləncə

“CinemaPlus”da “Yaraşıqlı,pis,əclaf” filminin azərbaycan dilində nümayişi keçirilib

“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premiumkinoteatrında “Cinemazadeh” studiyasının 2019-cu ildə olunmuş peşəkar dublyajı ilə “Yaraşıqlı,pis,əclaf” filminin öz dilimizdə nümayişi keçirilib.

Film real hadisələr əsasında çəkilib və ən qəddar qatillərin birindən bəhs edir.

Tədbirin təşkilində dəstək olmuşdular: “Cinemazadeh” dublyaj studiyası, Cinema Distribution və “Keyf-i Dem” restoranı.

Filmi səsləndiriblər Əlixan Rəcəbov, Günel Məmmədova, Emin Nəsirli, Azadə Abbasova, Təranə Ocaqverdiyeva, Vüsal Həci-Qədir, Rəhim Rəhimov, Aysun Ələskərova, Samir Ələskərov, Vügar Hüseynov, Ofeliya Novruzqızı, Erkin Ergin, Ərtoğrul Kamalov, Aytac Vəlibəyli, Pərviz Bağırov, Azər Abdullayev və Gülnarə Zulalova.

Dublyajın rejissoru Samir Ələskərov, baş redaktoru Vüqar Hüseynov, tərcümə və redaktoru Vüsal Əhmədzadə, səs rejissoru Orxan Ağalarov, səs operatoru Ağamalik Abbaszadə, post-prodakşn Rüfət Kərimzadə,  icraçı prodüsseri Əli-Səttar Quliyev, baş prodüsseri isə Cəfər Axundzadədir.

Filmin rejissoru Co Berlinger.

Baş rollarda Zak Efron, Lili Kolinz və Con Malkoviç.

Film haqqında qısa məlumat: Ted Bandi, yaraşıqlı və xarizmatikdir, onu görən qızlar lap özlərini itirirlər. Əsl məhəbbət arzusunda olan Elizabet də onlardan biridir, o, ilk baxışdan Tedə vurulur. Xoşbəxtliyin zirvəsində olduğunu zənn edən vaxt Ted həbs olunur – onu, qadınları xüsusi amansızlıqla öldürməkdə ittiham edirlər. Zərif, ağıllı və mədəni bir oğlan – qəddar manyak ola bilərmi? Sevimli və əziz Ted… Kimdir o? Yaraşıqlı kişi, sevimli ata, yoxsa Amerika tarixinin ən qəddar cinayətkarı?

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!