“CinemaPlus”da“Üçlü pürüz” Türk komediyasının nümayişı başlayır
CinemaPlus kinoteatrlar şəbəkəsində aprelin 27-dən etibarən “Üçlü pürüz” Türk komediya filminin nümayişı başlayır.
Rejissor Vedat Uyar.
Baş rollarda Hakan Altıner, Selim Erdoğan, Deniz Gündoğdu.
Filmin yaş həddi 18+ təyin olunub.
Film haqqında qısa məlumat: Fatih və Eda, ailələrindən gizli evlənirlər. Cütlük, evləndiklərinin məlum olmasından əvvəl, Adanaya gedərək, orada saxta nigah etməyi planlaşdırır. Bu məqsədlə də, əslində bank işçisi olan dostları Serhatdan saxta nigah məmuru, Hakan və Utkudan da nigah şahidi olmalarını istəyirlər. Birlikdə Adanaya yola çıxan qrup, səyahət zamanı avtomobillərinin oğurlanmasilə gözlənilməz bir macəraya düşürlər.
CinemaPlus kino tarixinin ən yaxşı premyeraları ilə sizi sevindirməyə və xoş sürprizlər etməyə həmişə hazırdır.