EventsFestivallarTəqdimat

Coca-Cola Azərbaycan “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasının tərəfdaşıdır

Coca-Cola Azərbaycan “Nargis” Fondunun təşəbbüsü ilə həyata keçirilən “Soyuq Əllər, İsti Ürək” 2023-2024 xeyriyyə yarmarkasının tərəfdaşlarından biridir. 

Artıq 10 ildən çoxdur ki paytaxtda təşkil edilən yarmarka müxtəlif əyləncələr və təamları ilə qonaqlarına əsl bayram ab-havası bəxş edir. Coca-Cola-nın “Şaxta Baba evi” və ikonik şam ağacı isə yarmarkaya xüsusi rəng qatır.  Yarmarka ümumilikdə 64 böyük və 20 balaca evlə yanaşı, oyun zonası, fotozona, 4D kinoteatr, qorxu otağı, labirint otağı, Qrinç evi, kiçik köşklər, müxtəlif tematik guşələrlə zəngindir. 

Yarmarkanın sonunda toplanan vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf edilir. 

Coca‑Cola şirkətinin Avrasiya regionu üzrə İctimaiyyətlə Əlaqələr direktoru Elşad Fərzəliyev bildirib ki, 1920-ci ildən bəri Yeni İl bayramı Coca-Cola üçün xüsusi məna kəsb edir: “Coca-Cola üçün Yeni İl bayramı çox önəmlidir. Yeni İl bizim üçün xoş günlər, əyləncə, xoşbəxt anlardır, amma eyni zamanda xeyirxahlığa çağırış fürsətidir. Elə buna görə də Yarmarkanın tərəfdaşı olmaq qərarına gəldik. Yarmarka vasitəsilə bütün Coca-Cola sevənləri xeyirxahlığa qoşulmağa dəvət edirik”.

Qeyd edək ki, bundan əlavə Coca-Cola-nın məşhur “Yeni İl Karvanı” da Azərbaycana səfəri ilə bayrama həyəcan qatır. Karvan öz əyləncəli şousu ilə Gəncə, Qəbələ, İsmayıllı, Lənkəran, Sumqayıt və Bakı sakinlərinin görüşünə gəlir.

Xatırladaq ki, “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası 15 yanvar 2024-cü il tarixinədək hər gün saat 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək.

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!