CinemaTəqdimatƏyləncə

“Coker” filmi “BAFTA” mükafatının 11 nominasiyasına iddialıdır

Amerikalı rejissor Todd Fillipsin ekranlaşdırdığı “Coker” filmi Britaniya Kino və Televiziya Sənəti Akademiyasının (BAFTA) təqdim etdiyi nominasiyalar üzrə liderdir.

Frame.az xəbər verir ki, “Coker”in iddialı olduğu 11 nominasiya arasında “Ən yaxşı film”, “Ən yaxşı rejissor işi”, “Ən yaxşı adaptasiya olunan ssenari” kateqoriyaları var. Nominantlar arasında ikinci yeri 10 nominasiya ilə rejissoru və ssenari müəllifi Kventin Tarantino olan “Bir dəfə Hollivudda”, üçüncü yeri isə 7 nominasiya ilə britaniyalı rejissor Sem Mendesin “1917” filmi tutur.

“Ən yaxşı film” kateqoriyası üzrə “Coker”, “Bir dəfə Hollivudda”, “Parazitlər”, “1917” və Martin Skorsezenin “İrlandiyalı” ekran əsərləri namizədliyini irəli sürüb. “Ən yaxşı rejissor” titulunu isə Sem Mendes, Todd Fillips, Martin Skorseze, Pon Çjun Xo, Kventin Tarantino əldə edə bilər.

Xatırladaq ki, “BAFTA”nın 73-cü mükafatlandırma mərasimi fevralın 2-də Albert Hollda keçiriləcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!