IdmanTəqdimatTəqdimat

Cüdoçularımız III MDB Oyunlarının fərdi yarışlarını 21 medalla başa vurdular

Oktyabrın 4-də III MDB Oyunları çərçivəsində keçirilən cüdo üzrə fərdi yarışlara yekun vurulub. Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan turnirdə 16 çəki dərəcəsi üzrə 28 idmançımız tatamiyə çıxıb.

 

Yığmamız toplamda 5 qızıl, 7 gümüş və 9 bürünc olmaqla 21 medal qazanıb. Gülşən Hüseynova (-44 kq), Könül Eyvazlı (-48 kq), Nərmin Ağamirzəzadə (-52 kq), Zeyd Ələsgərov (-60 kq) və Fəxri Sahibzadə (-66 kq) çempion olub.

 

Sunay Salamova (-40 kq), Nəzakət Vəliyeva (-57 kq), Məhəmmədəli Hüsüyev (-55 kq), Röyal Qayıbov (-60 kq), Hüseyn Hüseynov (-60 kq), Məhəmməd Ağakişiyev (-81 kq) və Sübhan Axundov (+90 kq) gümüş medallara sahib çıxıb.

 

Bürünc medalları isə komandamızın aktivinə Xədicə Abdullayeva (-44 kq), Aysun Məmmədova (-52 kq), Fidan Cəlilli (-70 kq), Zemfira Əliyeva (+70 kq), Anar Quliyev (-50 kq), İbrahim Talıbov (-55 kq), Sadiq Məmmədov (-73 kq), Nurəddin Əliyev (-90 kq) və Tunar Fərzəliyev (+90 kq) yazdırıb.

 

Millimiz bu nəticə ilə fərdi yarışları ümumi komanda hesabında ikinci, qızların mübarizəsində isə birinci pillədə tamamlayıb. Qeyd edək ki, Oyunlarda 6 ölkəni təmsil edən 91 cüdoçu (50 oğlan, 41 qız) mübarizə aparıb.

 

Sabah cüdo üzrə qarışıq komanda yarışları keçiriləcək.

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!