DəmirBank-la nağdsız ödənişlərin üstünlüklərindən faydalanın

DəmirBank nağdsız ödənişlər üçün rahat və müasir hesablaşma vasitəsi kimi ticarət və xidmət obyektlərində çox sərfəli şərtlərlə POS-terminalların quraşdırılması (ekvayrinq) xidmətini təklif edir.

Bu xidməthəm müştərilər, həm də müəssisə sahibləri üçün çox əlverişlidi. Belə ki, POS-terminallar müştərilərin rahatlığını təmin edərək, onlara nağdsız əməliyyatlar aparmaq imkanını verir. Eyni zamanda müəssisənin kassasında nəğd pulun azalması sayəsində inkassasiya edilən pulların həcmi və maliyyə riski azalmış olur.

Bundan əlavə, POS-terminallar satınalmalar üçün pulun avtomatik olaraq müəssisə tərəfindən qeyd edilən hesaba yatırılmasını təmin edir, gəlirlərin rahat idarə edilməsinə və uçotunu aparmağa şərait yaradır.

Qeyd olunmalıdır ki, POS-terminalın quraşdırılması, POS-terminal üçün aylıq icarə haqqı və şirkət işçiləri üçün təlimlər DəmirBank tərəfindən pulsuz olaraq həyata keçirilir.

Ekvayrinq bazarında ölkədə ən sərfəli tariflər təklif edən bankardan biri olan DəmirBank VISA və MasterCard sistemlərinin tam hüquqlu üzvüdür.
Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi: (012) 149

http://www.demirbank.az

www.facebook.com/demirbank.az Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: