Dənizkənarı Bulvar İdarəsində qanvermə aksiyası keçirilib

İyulun 21-də Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsində qanvermə aksiyası keçirilib.

İdarədən Frame.az-a bildiriblər ki, əvvəlcə Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları hər bir donorun sağlamlığını yoxlayıblar. Sonra qan verməsi uyğun olan şəxslərin aksiyada iştirakına icazə verilib.

Qanvermə aksiyasında Dənizkənarı Bulvar İdarəsinin 100-ə yaxın əməkdaşı iştirak edib. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.

Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi belə aksiyaların gələcəkdə də keçirilməsini nəzərdə tutur.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: